Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1237/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt şəhər Məhkəməsinin hakimi Nəsimiyev Fərid Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdim: Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən edilmişdir ki, eyni vaxtda baş vermiş hadisəyə görə Şəxs barəsində həm də İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və hazırda 3(060)-1236/2025 nömrə ilə məhkəmənin icraatındadır (hakim Elşad Əliyev). Məhkəmə hesab edir ki, hazırki iş Şəxs barəsində məhkəmənin icraatında olan digər işə birləşdirilməli və bu səbəbdən də hazırki işin baxılmasına xitam verilməlidir. İXM-nin: - 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. - 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.2 və 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldım: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəxs barəsində olan hazırki 3(060)-1237/2025 nömrəli iş həmin məcəllənin 510-cu maddəsi ilə həmin şəxs barəsində olan və məhkəmənin icraatında olan digər 3(060)-1236/2025 nömrəli işə birləşdirilsin və hazırki işin baxılmasına xitam verilsin. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1237/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1237/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver