Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1238/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən İXM-nın 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* seriya №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, “KİA FORTE MİNİK” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:05 radələrində İXM-nin 329.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş, nəticədə narkotik vasitə istifadə etməsi faktı aşkar olunmuşdur. Sumqayıt Şəhər Dövlət X1 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 333-1.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək izahatında bildirmişdir ki, təxminən 7-8 ildir ki, narkotik vasitə olan marixuana, psixotrop maddə metamfetamin, metadondan istifadə edir. Narkotik vasitəni suya və ya “coca-cola” şirəsinə əlavə edərək qəbul edir. Sonuncu dəfə narkotik vasitədən Novruz bayramından sonra Sumqayıt şəhərində iştirak etdiyi toy məclislərindən birində istifadə etmişdir. Belə ki, 8 may 2025-ci il tarixində yol vərəqəsi əsasında istifadə etdiyi “KİA FORTE MİNİK” markalı, **-CJ-*** qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sahil küçəsində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış, ondan şübhələndikləri üçün o, tibbi müayinəyə dəvət olunmuşdur. Tibbi müayinə üçün sidik nümunəsi təqdim etmiş, ekspress test üsulu ilə aparılmış müayinə zamanı onun narkotikdən istifadə etməsi faktı müəyyən edilmişdir. Qeyd edir ki, əvvəllər iki dəfə CM-nin 234.1-cü maddəsi məhkumluq həyatı yaşamışdır. Əməlindən peşmandır. Bu ilin iyun ayından “Güvən” Reabilitasiya Mərkəzində müalicə almağa başlayacağını bildirir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 2807 nömrəli aktdan görünür ki, sürücü Şəxs həmin tarixdə, saat 01:05-də müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı metamfetamin və metadon qəbul etməsi faktı aşkar edilmişdir. “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə haqqında” 2807 nömrəli protokoldan görünür ki, “KİA FORTE MİNİK” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. 08 may 2025-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” akta əsasən Şəxs məxsus “KİA FORTE MİNİK” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Belə ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək” haqqında protokolla, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 2807 nömrəli aktla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə vurğulayır ki, Şəxs psixotrop maddədən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməklə nəinki özünün, o cümlədən yol hərəkətinin digər iştirakçılarının da həyatını risk və təhlükə altına atmışdır. Beləliklə, məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən həm Şəxs, həm də digər sürücülər tərəfindən gələcəkdə eyniməzmunlu inzibati xətanın törədilməsinin qarşısının alınmasının təmini məqsədilə sonuncunun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırma növündə tənbeh verilməsini məqsədəuyğun hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinsin, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1238/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1238/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver