Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1239/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, xx.xx.1995-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, H.Aslanov küçəsi, ev 34-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhər, Abşeron Gənclər Şəhərciyi ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Sumqayıt şəhər Pİ-nin DYP Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Şəxs idarə etdiyi VAZ 21150 MİNİK markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşını 10.04.2022-ci il tarixdə, saat 12:37 radələrində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Sumqayıt şəhər DYPŞ-nin YPX-nin inspektoru, polis baş leytenantı X1 tərəfindən saxlanılmış və avtomobilə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin avtomobildə müvafiq icazə olmadan çoxavazlı səs siqnalı quraşdırılmışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 342.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər X9 Bölməsinin nümayəndəsi gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 10.04.2022-ci il tarixli aktan görünür ki, Sumqayıt ŞPİ DYPŞ-nin bölük komandiri polis mayoru X5, Siqnal İLİİ-nin işçisi Rüfət Məmmədovun, ünvan 2 ünvanında yaşayan X2 iştirakı ilə bu akt tərtib edilmişdir ona görə ki, Vaz 21150 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10.04.2022-ci il tarixdə mühafizə olunan duracağa yerləşdirilmiş, yoxlama zamanı xüsusi (çoxavazlı) səs və ya sayrışan siqnalları ilə təchiz edildiyi üçün müsadirə edilmiş və aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi təmin edilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, 10.04.2022-ci il tarixdə X3 məxsus olan VAZ 21150 MİNİK markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşını Sumqayıt şəhəri ərazisində idarə edərkən avtomobildə qanunla qadağan edilmiş müvafiq icazə olmadan çoxavazlı səs siqnalı və operativ nəqliyyat vasitələri üçün nəzərdə tutlmuş sayrışan işiq sıqnaları quraşdırıldığından yol polis tərəfindən saxlanılmışdır. Yoxlama zamanı yol polisi tərəfindən avtomobildən çoxavazlı səs siqnalı və sayrışan işiq sıqnaları müsadirə edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağrlaşdıran müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyası həddində avtomobilə quraşdırılmış çoxavazlı səs siqnalı müsadirə edilməklə müəyyən miqdarda cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinsin, onun avtomobilinə quraşdırılmış çoxavazlı səs siqnalı müsadirə edilməklə 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №3(060)-1239/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1239/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver