Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-124/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Həmin protokoldan və iş materiallarından görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində STP zavodu yaxınlığında hərəkətdə olan zaman ehtiyyatsızlıqdan VAZ 21154 markalı avtomobillə toqquşmuş, X5 və X1 yüngül bədən xəsarəti almışlar. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər DYPŞ-si tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:02 radələrində idarə etdiyi **-BO-*** dövlət qeydiyyat nişanlı «Mersedes Benz C180» markalı avtomobillə Bakı-Quba yolu ilə üzü Quba istiqamətində təxminən 70-80 km/saat sürətlə hərəkətdə olduğu zaman, Sumqayıt şəhəri «STP» zavodunun qarşısına çatmağına təxminən 100 metr məsafə qalmış, həmin yolun sağ istiqamətində yerləşən zavodlara gedən yolla birləşən yolayrıcından əsas şosseyə doğru avtomobilin aşağı sürətlə gəldiyini görmüşdür. O, öz sürəti ilə hərəkətni davam etdirib həmin yolayrıcına çatmağına təxminən 10 metr məsafə qalmış, sağ istiaqmətindən ara yoldan hərəkət edən **-BN-*** dövlət qeydiyyat nişanlı VAZ 21154 markalı avtomobil qəflətən sola dönmə əməliyyatı edərək əsas yola, yəni qarşısına çıxmış, o həmin an təhlükəni hiss edib dərhal tormoz əyləcinə təzyiq edib maşını sola doğru yayındırmaqla hadisədən qaçmağa çalışmış, lakin buna baxmayaraq qarşı avtomobillə aralarında məsafə az olduğundan avtomobilinin qabaq hissəsi qarşı avtomobilin qabaq sol qanadı ilə toqquşmuşdur. X5 və X2 xəsarət almışdır. Əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X3 1NK/366 saylı təhqiqat materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə öz təsdiqini tapır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1, 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görəiki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-124/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-124/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver