Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1240/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X4, Qərardan şıkayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə avtomobil ilə Sumqayıt şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olduğu zaman istifadəsində olan mobil telefonuna zəng gəlmiş, həmin zaman mobil telefon əlinə götürərək zəngə imtina işarəsini vurmuşdur. Bu zaman YPX əməkdaşı ona saxla işarəsi vermiş, o, avtomobili saxlamış, YPX əməkdaşı ona yaxınlaşaraq mobil telefonla danışdığını bildirmiş, lakin o, YPX əməkdaşına telefonun əlində olduğunu və danışmadığını bildirmişdir. Amma YPX əməkdaşı onun dediklərinə məhəl qoymayaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə TP ******* saylı, xx.xx.2024-cü il tarixli tənbeh vermə haqqında qərar tərtib edilərək o, 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassızdır, ona görə də, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X5 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospektində xidmətdə olarkən “Toyota Prius” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əlində telefon olduğunu və səs göndərdiyini görmüş, həmin avtomobilə saxla işarəsi vermiş, sürücü avtomobili saxlamış və o, avtomobilə yaxınlaşaraq sürücüyə sükan arxasında mobil telefondan istifadə etdiyini bilirmişdir. Sürücü ona telefonla danışmadığını, sadəcə olaraq əlində saxladığını bildirmiş, o da sürücüyə nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinin qanun pozuntusu olduğunu bildirərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə tənbeh vermə haqqında qərar tərtib etmişdir. Sürücü saxlanılan zaman onun üzərində kamera olmuş və bütün olan hərəkətlər videogörüntüyə alınmışdır. Həmin videogörüntünü məhkəməyə təqdim etmişdir. Qərardan şıkayət vermiş şəxs X2 şikayətinin təmin olunmamasını və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X3 ona zəng gəldiyini və sükan arxasında mobil telefonu əlində saxladığını etiraf etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmə tərəflərini izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət təmin edilməməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X1 arxasında mobil telefonun əlində olduğunu, zəngə imtina işarəsini vurduğunu, lakin danışmadığını bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi inzibati məsuliyyət yaradır. şikayət vermiş şəxs X3 izahatında mobil telefonuna zəng gəldiyini, həmin zaman mobil telefonu əlinə götürərək zəngə imtina işarəsini vurduğunu bildirmişdir, yəni sürücü telefonu əldə saxlamaqla ondan istifadə etmişdir. Həmçinin izibati xəta haqqında materiallarda X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə Sumqayıt şəhər DYPŞ YNH inspektoru, polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. 01 (bir) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1240/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1240/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver