Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1245/2020 10.07.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, Sumayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş X4 iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair X11 İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:00 radələrində X6 Sumqayıt şəhəri Yük X3rşısında söyərək təhqir etmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X11 İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis kapitanı X5 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:00 radələrində X6 Sumqayıt şəhəri Yük X3rşısında söyərək təhqir etmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı X11 İdarəsinin 5-ci Polis bölməsinə daxil olan ərizəyə əsasən polis əməkdaşları onu bölməyə dəvət etmiş, bölmədə Şəxs izahatı alınmış və inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, X8 onun keçmiş qonşusu olmuşdur. İ.Manafova həyat yoldaşından ayrıldıqdan sonra, onların on səkkiz aya yaxın səmimi münasibətləri olmuşdur. Artıq bir ildir ki, müəyyən səbəblərə görə aralarında olan münasibətlər pisləşmişdir. O, münasibəti düzəldib İlahə ilə barışmaq istəsə də, qadın buna razı olmamışdır. Elə bu səbəbdən də aralarında daim mübahisələr olmuşdur. İki aya yaxındır ki, İ.Manafova qonşuluqdan köçərək, Sumqayıt şəhərində yerləşən Yük Həyəti ərazisində yaşamağa başlamışdır. İlahəni görüb onun könlünü almaq məqsədi ilə, xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri Yük Həyəti ərazisinə getmişdir. Həmin vaxt o, İlahəyə yaxınlaşaraq söhbət etmək istədiyini bildirmiş, lakin İlahə ona kobud cavab verərək, ondan uzaqlaşmasını bildirmişdir. Elə bu səbəbdən də o, əsəblərinə hakim ola bilməmiş və X4 ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Hazırda barəsində hansı növ inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə verir. Zərərçəkmiş qismində dindirilən X8 bildirdi ki, Şəxs onun keçmiş qonşusudur. O, Ramillə qonşuluqda yaşadığı vaxt Ramil onu daim narahat etmişdir. Dəfələrlə ondan hərəkətlərinə son verməsini tələb etsə də, nəticəsi olmamışdır. Bunun nəticəsində başqa yaşayış yerinə köçmüşdür. Bir gün işdən qayıdanda yeni yaşadığı yerdə yolda Ramillə rastlaşmışdır. Ramil onu yolda söyüb təhqir etmişdir. Bu zaman yoldan iki qadın, bir kişi olmaqla üç nəfər keçmişdir. Lakin onlar onlara əhəmiyyət verməmişdir. Ramildən canını qurtarmaq üçün qonşunun həyətinə daxil olmuşdur. Bu zaman qonşusunun həyat yoldaşı küçəyə çıxmış, Ramil oradan uzaqlaşmışdır. Hazırda Şəxs barəsində qanunda nəzərdə tutulan tədbirlərin tətbiq olunmasını istəyir. Məhkəmə barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, X11 İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis kapitanı X2, zərərçəkmiş X6 dinləyib və iş materiallarını araşdırıb, iş üzrə toplanmış bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi vardır. Şəxs təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli ******* protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanlara istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə tərəfindən iş üzrə araşdırma aparılarkən Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi ilə müəyyən edilmiş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxsnın törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada 90 (doxsan) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür: Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-1245/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1245/2020
10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver