Məhkəmə qərarları › İş №3(060)-1245/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1245/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1245/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 25.03.2021-ci il tarixli TP ******* №li qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə tərtib edilmiş 25.03.2021ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, o, İİ qrup əlilidir. 25.03.2021-ci ildə Volkswagen passat minik markalı ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt şəhər 8 mikrorayon ərazisində yerləşən 1-ci polis bölməsi tərəfdən hərəktdə olarkən yolda bir necə aydirki tikinti təmir işləri getdiyindən oradan yalnız Universitet tərəfə dönub yola davam etdirmək mümkündür. O, da oradan sağa dönüb 10 metrdən sonra sola dönüb yolunu davam etmişdir. ** YP *** nişanlı Dövlət yol patrul onu saxlayaraq avtomobili əks tərəfə hərəkətini davam etdirdiyini bildirdi. Ancaq orada aylardı tikinti təmir işləri getdiyindən əks istiqamətdə hərəkətinə davam etdirdiyini YPX-nin əməkdaşına bildirmişdir. Səhərisi gün 26.03.2021-ci ildə ona İXP ******* nömrəli protokollu mesaj gəlmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 08.04.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 19 aprel 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiyindən və məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək barəsindəki TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X4 barəsində 25.03.2021-ci il tarixdə saat TP ******* saylı qərar qəbul edilərək o, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 221848 №-li arayışından görünür ki, X4 İİ qrup əlildir. İş materiallarına əlavə olunmuş foto şəkillərdən də görünür ki, yolun hərəkət hissəsində sol tərəfə giriş qadağandır nişanı mövcuddur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ bəndinin 1-ci hissəsinə görə 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 giriş qadağan edilən əks istiqamətli avtomobil axınının istiqamətinə hərəkət etmişdir. X4 öz şikayətində də, qeyd etmişdir ki, o, əks istiqamətli avtomobil axınının istiqamətinə hərəkət etmişdir. Belə ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edərək X1 Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələbini pozduğundan onun şikayəti təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair 25.03.2021-ci il tarixli, TP ******* saylı qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar