Məhkəmə qərarları › İş №3(060)-1246/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1246/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1246/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru X1, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs - Şəxs (VÖEN: **********) iştirakları ilə, 16.01.1956-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Vəzifəli şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqinda protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlardan görünür ki, 07 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllə, Bərpa xəstəxanasının yanında yerləşən məhəllə marketdə planlı yanğın texniki müayinə zamanı müayinə keçirməyə şərait yaradılmamışdır. Bu barədə 02.04.2021-ci il, 07.04.2021-ci il tarixli aktlar tərtib edilmişdir. Obyektin sahibi (sahibkarlıq subyekti) vəzifəli şəxs Şəxsdır (VÖEN: **********). Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru X5 bildirdi ki, 02.04.2021-ci il və 07.04.2021-ci il tarixlərdə KY211565596 saylı reyestr çıxarışına əsasən o, idarənin əməkdaşları inspektorlar X6 və X2 ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Bərpa Xəstəxanasının yanında yerləşən “Məhəllə” marketdə planlı yanğın texniki müayinə keçirmək üçün həmin ünvanda olmuşlar. Marketin sahibi Şəxs həyat yoldaşı ilə birlikdə onları marketə buraxmamış və bu səbəbdən planlı yanğın-texniki müayinə keçirmək mümkün olmamışdır. Ona görə də xidməti vəzifələrini yerinə yetirə bilməmişlər və bu barədə inzibati araşdırma aparılaraq protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində 07 aprel 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində tərtib olunmuş həmin protokolla razı deyil. Belə ki, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları planlı yanğın texniki müayinə keçirmək üçün mağazaya gəldiyi zaman mağaza faktiki olaraq işləməmişdir. Mağazanın icarə haqqını ödəyə bilməmişlər və bu səbəbdən də mağaza daimi işləməmişdir. ********** saylı VÖEN-i bağlatmışlar. Odur ki barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid X3 izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları planlı yanğın texniki müayinə keçirmək üçün mağazaya gəldiyi zaman o da orada olmuşdur. Ətrafda digər böyük mağazaların da olmasına baxmayaraq onların işlətdikləri mağazada yoxlama aprılması əməkdaşların qərəzli olduğunu göstərir. Həmçinin protokol tərtib olunan tarixdə mağaza faktiki olaraq işləməmişdir. ********** saylı VÖEN-i bağlatmışlar. Məhkəmə iclasında çıxış edən şahid Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru daxili xidmət kapitanı X6 izahatında göstərdi ki, o, əməkdaşları X5, X2 ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Bərpa Xəstəxanasının yanında yerləşən “Məhəllə” marketdə planlı yanğın texniki müayinə keçirmək üçün həmin ünvanda olmuşlar. Marketin sahibi Şəxs həyat yoldaşı ilə birlikdə onları marketə buraxmamış və bu səbəbdən planlı yanğın-texniki müayinə keçirmək mümkün olmamışdır. Ona görə də xidməti vəzifələrini yerinə yetirə bilməmişlər. Məhkəmə iclasında çıxış edən şahid Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru daxili xidmət kapitanı X7 izahatında göstərdi ki, o, əməkdaşları X5, X6 ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Bərpa Xəstəxanasının yanında yerləşən “Məhəllə” marketdə planlı yanğın texniki müayinə keçirmək üçün həmin ünvanda olmuşlar. Marketin sahibi Şəxs həyat yoldaşı ilə birlikdə onları marketə buraxmamış və bu səbəbdən planlı yanğın-texniki müayinə keçirmək mümkün olmamışdır. Ona görə də xidməti vəzifələrini yerinə yetirə bilməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə görə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəzifəli şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar