Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1246/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X3 iştirakıları ilə, xx.xx.1961-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru X7 tərəfindən 18 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 525-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 14.05.2022-ci il tarixdə gecə saat 04:00-də Sumqayıt şəhəri, 2-ci məhəllə, 11 saylı məktəbin yanında avto dayanacaqda qumar oynamışdır. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 19.05.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 01 iyun 2022-ci il tarixə təyin edilmiş, lakin raport vermiş polis əməkdaşı və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəmədiyindən işin baxılması 10 iyun 2022-ci il tarixə təxirə salınmışdır. 10 iyun 2022-ci il tarixli məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 14.05.2022-ci il tarixdə gecə saat 04:00-da Sumqayıt şəhəri, 2-ci məhəllə, 11 saylı məktəbin yanında avto dayanacaqda barələrində protokol tərtib olunmuş digər 2 nəfər şəxslə qumar oynamışdır. Bu fakt Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı X1 raportu ilə təsdiq edilib. Buna görə də onun tərəfindən hər üç şəxs barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 14.05.2022-ci il tarixdə gecə saat 04:00-də Sumqayıt şəhəri, 2-ci məhəllədəki evindən çıxaraq binanın girişində siqaret çəkmişdir. Gecə saatında o, meyvəli adlanan bazara gədəcəkdir. Yaşadığı binanın qarşısındakı avtomaşın duracağında olan balaca konteynerdə tanıdığı şəxsləri görüb salamlaşmaq üçün onlara yaxınlaşmışdır. Bu vaxt ora iki nəfər mülki geyimdə polis əməkdaşı yaxınlaşmış, dərhal əllərini onun cibinə salaraq cibindən 624,00 manat pulunu götürərək onu və orada olan digər şəxsləri qumar oynadıqlarını bildirmişlər, şkafın üstündən köhnə kartları da tapmışlar. Sonra onları aidiyyəti üzrə Sumqayıt şəhər Pİ 4-cü PB-nə aparmışlar. Ondan izahat almışlar, lakin o izahatı oxumayıb qol çəkmişdir. O qumar oynamamışdır. Qeyd olunanların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 14.05.2022-ci il tarixdə gecə saat 04:00 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində 11 saylı məktəbin yaxınlığındakı avto dayanacaqda 3 nəfər şəxsin qumar oynadığını görmüş, avto dayanacağa yaxınlaşaraq özünü təqdim etmiş, 3 nəfər şəxsin oynadığı kartı və pulları götürərək aidiyyəti üzrə 4-cü PB-nə gətirmişdir. PB-də müəyyən olunmuşdur ki, həmin şəxslər xx.xx.1961-ci il təvəllüdlü Şəxs, 10.06.1979-cü il təvəllüdlü X5, 30.04.1985-ci il təvəllüdlü X2r. Qeyd edilənlər müvafiq aktla rəsmiləşdirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İşdə olan Şəxs izahatından görünür ki, o izahatında 14.05.2022-ci ildə qumar oynadığını etiraf etmişdir. İş materalında olan 14.05.2022-ci il tarixli aktdan görünür ki, inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər-Şəxs aid olan 624,00 manat pul, 4 ədəd qumar oyununda istifadə edilmiş kart maddi sübut kimi tanınaraq götürülmüşdür. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 77, 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3.000,00 (üç min) manat məbləğində cərimə olunsun. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetlər- 4 ədəd qumar oyununda istifadə edilmiş kart və Şəxs aid olan 624,00 manat pul dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1246/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1246/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver