Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1246/2025 17.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 19 may 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. 03 iyun 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 protokola etiraz edərək izahatında bildirmişdir ki, Şəxs MMC barəsində əsasssız protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC 2023-cü ilin əvvəllərindən X4 fəaliyyət göstərən “X1 X7” şirkətinin distribüteri kimi fəaliyyət başlamış və hazırki inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş 14.871,80 ABŞ dolları ölkə xaricinə ilk köçürmə olmuşdur. İlk partiya məhsullarla bağlı tərəflər arasında razılıq əldə edilərək müqavilə bağlanmış və malların dəyərinə müvafiq qarşı tərəf “prafoma invoys” sənədi təqdim etmişdir. Həmin sənəddə istehsal olunacaq malların dəyərinin 14.871,80 ABŞ dolları olmasını hesablamış və malların istehsalına başlanması üçün öncədən 100 faiz ödəniş olmalı olduğunu bildirilmişdir. Bu səbəbdə də xx.xx.2023-cü il tarixdə “prafoma invoys” sənədi əsasında 14.871,80 ABŞ dolları avas ödənişi kimi X4 fəaliyyət göstərən “X1 X7” şirkətinin hesabına köçürülmüşdür. 2023-cü ilin may ayında artıq mallar hazır olmuş və onların ölkəyə gətirilməsi məsələsi gündəmə gəlmişdir. Bu zaman Şəxs MMC qarşı tərəflə əlaqə saxlayaraq malların loqistika məsələsinin də həll edilməsini onlara təklif etmiş və loqistika xərclərinin də Şəxs MMC tərəfindən onların hesabına köçürüləcəyi bildirilmişdir. Bunnunla bağlı müvafiq razılaşma olmuş və 1.880 ABŞ dolları xx.xx.2023-cü il tarixdə həmin şirkətin hesabına köçürülmüşdür. Bundan sonra 2023-cü ilin may ayının sonralarına mallar hava nəqliyyatı vasitəsi hava limanında Bakı karqo terminala gətirilmiş və xx.xx.2023-cü ildə **********8561 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Diqqət yetirdikdə görünür ki, avans olaraq iki dəfəyə ölkə xaricinə köçürülmüş pul vəsatlərinin ümumi məbləği ilə gömrük bəyannaməsində göstərilmiş malların ümumi invoys dəyəri eynidir (14.471,80 ABŞ dolları + 1.880 ABŞ dolları = 16.751,80 ABŞ dolları). Bundan əlavə “proforma invoys” sənədində qeyd edilən malların adı və siyahısı ilə gömrük bəyannaməsinə qeyd edilən malların adı və siyashısı üst-üstə düşür. Anlaşılmazlığın yaranmasına səbəb ondan ibarət olmuşdur ki, qarşı tərəf malları ölkəyə göndərərkən “kommersial invoys” sənədi təqdim etmiş, gömrük bəyannaməsi tərtib edilərkən onların tərəfindən gömrük orqanına “proforma invoys” sənədi təqdim edilmək əvəzinə “kommersial invoys” sənədi təqdim edilmiş, bu səbəbdən də gömrük bəyannaməsində “kommersial invoys” sənədinin nömrəsi qeyd edilmiş və beləliklə də ölkə xaricinə avas olaraq köçürülmüş pul vəsaitinin köçürmə sənədinin nörməsi, yəni “proforma invoys” sənədinin nömrəsi gömrük bəyannaməsində göstərilməmiş, nəticədə həmin məbləğ bank sistemində açıq qalmışdır. Lakin, işin halları ilə tam sübuta yetirilir ki, ölkə xaricinə avas olaraq köçürülmüş pul vəsaitinin qarşılığıda müvafiq mallar vaxtında və tam həcmdə ölkəyə idxal edilmişdir. Bununla bağlı banka müraciət etsələr də onlara bildirilmişdir ki, bu məsələyə məhkəmə qiymət verə bilər. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtin etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi elektron məhkəmə sistemi vasitəsi ilə məhkəmə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki protokol Şəxs MMC barəsində xx.xx.2023-cü ildə 14.871,80 ABŞ dolları məbləğində pul vəsaitinin avans olara ölkə xaricinə köçürülməsi və malların idxal edilməsinə dair müvəkkil banka məlumat verilməməsinə görə tərtib edilmişdir. Şəxs MMC tərəfindən təqdim edilmiş gömrük bəyannaməsi iş materialları ilə müqayisəli şəkildə araşdırılan zaman müəyyən edilmişdir ki, ödəniş “proforma invoys” sənədi əsasında aparılmış, mallar isə “kommersial invoys” sənədi ilə gəlmiş və bu səbəbdən nömrələr üst-üstə düşməmişdir. Göstərilən halları nəzərə alaraq qeyd edilən məsələyə münasibət bildirilməsi məhkəmənin mülahizəsinə buraxılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 14.871,80 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 02 (iki) il müddətində 14.871,80 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 1 İş materiallarına əlavə edilmiş X4 fəaliyyət göstərən “X1 X7” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli YXT********** nömrəli “proforma invoys” sənədindən görünür ki, 22 adda müxtəlif malların ümumi dəyəri 14.871,80 ABŞ dolları təşkil edir və 100% öncədən ödəniş edilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən X4 fəaliyyət göstərən “X1 X7” şirkətinin hesabına xx.xx.2023-cü il tarixli YXT********** nömrəli “proforma invoys” sənədi üzrə "xxxx" ASC-nin Sumqayıt filialı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 14.871,80 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən X4 fəaliyyət göstərən “X1 X7” şirkətinin hesabına xx.xx.2023-cü il tarixli YXT********** nömrəli “proforma invoys” sənədi üzrə "xxxx" ASC-nin Sumqayıt filialı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 1.880 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş X4 fəaliyyət göstərən “X1 X7” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli YXT********** nömrəli “kommersial invoys” sənədindən görünür ki, malların ümumi dəyəri 16.751,80 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü ildə **********8561 sorğu nömrəli gömrük bəyannaməsindən və ona əlavələrdən görünür ki, xx.xx.2023-cü il tarixli YXT********** nömrəli invoys sənədi üzrə X4 fəaliyyət göstərən “X1 X7” şirkəti tərəfindən Şəxs MMC-yə ümumi invoys dəyəri 16.751,80 ABŞ dolları olan mallar idxal edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən X4 fəaliyyət göstərən “X1 X7” şirkətinin hesabına YXT********** nömrəli “proforma invoys” sənədi üzrə xx.xx.2023-cü il tarixdə 14.871,80 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 1.880 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Köçürülmüş pul vəsaitlərinə görə mallar xx.xx.2023-cü il tarixli YXT********** nömrəli “kommersial invoys” sənədi üzrə ölkə ərazinə gətirilmiş və xx.xx.2023-cü ildə **********8561 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Lakin, gömrük bəyannaməsi tərtib edilərkən “proforma invoys” sənədi gömrük orqanına verilmədiyi üçün gömrük bəyannaməsinin 44-cü qrafasında (təqdim olunan sənədlər qrafası) köçürmə sənədi olan “proforma invoys” sənədinin nörməsi qeyd edilməmiş, orada “kommersial invoys” sənədinin nömrəsi qeyd edilmişdir. Qeyd edilən səbəbdən də YXT********** nömrəli “proforma invoys” sənədi üzrə xx.xx.2023cü il tarixdə ölkə xaricinə köçürülmüş 14.871,80 ABŞ dolları məbləğində vəsaitə görə müvafiq malların idxal edilməsi ilə bağlı bank sistemində hər hansı qeydiyyat aparılmamışdır. Lakin, məhkəmə araşdırması zamanı həmin köçürməyə əsasən malların tam şəkildə və vaxtında ölkəyə idxal edilməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar yuxarıda göstərilənlərdən əlavə işin aşağıda qeyd edilən halları ilə də öz təsdiqini tapmışdır. Belə ki, avans olaraq iki dəfəyə ölkə xaricinə köçürülmüş pul vəsatlərinin ümumi məbləği ilə gömrük bəyannaməsində göstərilmiş malların ümumi invoys dəyəri eyni olmuşdur (14.471,80 ABŞ dolları + 1.880 ABŞ dolları = 16.751,80 ABŞ dolları). Bundan əlavə “proforma invoys” sənədində qeyd edilən malların adı və siyashısı ilə gömrük bəyannaməsində qeyd edilən malların adı və siyashısı üst-üstə düşür. Müəyyən edilmişdir ki, anlaşılmazlığın yaranmasına səbəb gömrük bəyannaməsi tərtib edilərkən gömrük orqanına “proforma invoys” sənədinin təqdim edilməməsi olmuş, bu səbəbdən də gömrük bəyannaməsində “kommersial invoys” sənədinin nömrəsi qeyd edilmiş və beləliklə də ölkə xaricinə avas olaraq köçürülmüş pul vəsaitinin köçürmə sənədinin nörməsi, yəni “proforma invoys” sənədinin nömrəsi gömrük bəyannaməsində göstərilmədiyi üçün həmin məbləğ bank sistemində açıq qalmışdır. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədə də ödənişin “proforma invoys”la aparılması, lakin malların “kommersial invoys”la gəlməsi, bu səbəbdən nömrələrin üstəüstə düşməməsi göstərilmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən xaricə köçürülmüş valyuta vəsaitinin qarşılığında mallar faktiki olaraq ölkəyə idxal edilmiş, yalnız idxalı təsdiq edən gömrük bəyannaməsində invoys nömrələrinin uyğunsuzluğuna görə həmin gömrük bəyannaməsi bank portalında qeydiyyata alınmamış və buna görə də Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53.1.1, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1246/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1246/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver