Məhkəmə qərarları › İş №3(060)-1247/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1247/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1247/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsxx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən Şəxs barəsində Azərbaycan Respublkası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair 08.04.2021-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə tabe olmamış, bölmənin iş rejimini pozmuş, nizam-intizama dəvət olunsa da buna məhəl qoymamışdır. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri 1-ci PB-nin sahə rəisi, polis leytenantı X7 bildirdi ki, vət.Şəxs 07.04 2021-ci il tarixdə AR DİN-nin 102 xidmət zəng mərkəzi sisteminə daxil olmuş məlumatla bağlı vətəndaş X1 Sumqayıt şəhəri, 52-ci məhəllə. Röya marketin yaxınlığında 33 saylı Az **-AE-*** sərnişin avtobusunda cibindən “Xiaomi Redmi 7” (55 694 43 25) markalı mobil telefonun oğurlanması ilə əlaqədar polis əməkdaşları qeyd olunan ünvana getmişlər. Vət. X1 mobil telefonunun oğurlanmasında şübhəli bilinən şəxsi PB-nə dəvət etdikdə sonuncu polisin qanuni tələblərinə tabe olmamışdır. PB-də məlum oldu ki, həmin şəxs Sumqayıt şəhər, Yaşıl dərə bağlar massivi, fərdi evdə yaşayan, xx.xx.1988-ci il təvəlludlü, X2r. Vətəndaş Şəxs PB-də olarkən ucadan səs-küy salaraq iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, həqiqətən də avtobusda oğurluq etmiş, buna görə də oradakı mülki şəxslər tərəfindən saxlanılmış və polis bölməsinə dəvət olunmuşdur. Orada polisin qanuni tələbinə tabe olmamış, bölmənin iş rejimini pozmuşdur. Buna görə də barəsində Azərbaycan Respublkası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əməlindən səmimi peşmandır. Odur ki barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş polis nəfəri X5 bildirdi ki, həqiqətən də Vət. X1 mobil telefonunun oğurlanmasında şübhəli bilinən şəxsi PB-nə dəvət etdikdə sonuncu polisin qanuni tələblərinə tabe olmamışdır. PB-də məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhər, Yaşıl dərə bağlar massivi, fərdi evdə yaşayan, xx.xx.1988-ci il təvəlludlü, Şəxsdur. Vətəndaş Şəxs PB-də olarkən ucadan səs-küy salaraq iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi, inzibati xəta haqqqında protokol tərtib etmiş şəxsi, şahidləri dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hall onun İİ dərəcə əlilliyinin olmasıdır. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN 12 №li Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs İİ dərəcə əlilliyi vardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə cəzası tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar