Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1247/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru X4 iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistan, Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən 18 may 2022ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 525-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə gecə saat 04:00-da Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində 11 nömrəli məktəbin yanında avtodayanacaqda qumar oynamışdır. Protokol onunla əsaslandırılmışdır ki, bu fakt əməkdaşların raportu və vətəndaşın səmimi etirafı ilə müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru X6 bildirmişdir ki, Sumqayıt ŞPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raport əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 04:00-da Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində 11 nömrəli məktəbin yanında avto-dayanacaqda qumar oynamışdır. Bununla bağlı xx.xx.2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Əlavə olaraq da bildirmişdir ki, Şəxs Polis Bölməsinə təxminən 3-4 saat saxlanılmışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsinə təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, Sumqayıt şəhəri, 11 saylı məktəbin yaxınlığında yerləşən avtodayanacaqda mühafizəçi kimi fəaliyyət göstərir. İşi ilə əlaqədar orada gecələr nəzarəti həyata keçirmək üçün köşkdə əyləşir. Həmin gün köşkdə onunla birlikdə 2 nəfər də olmuşdur. O, qumar oyunu oynamamışdır. Digər şəxslərin də qumar oyunu oynayıboynamamasından xəbərdar olmamışdır. İnzibati iş materiallarında olan izahatı o özü yazmışdır, onu yazan zaman polis əməkdaşları tərəfindən ona heç bir təsir göstərilməmişdir. Odur ki, inzibati xəta törətmədiyi üçün barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış etmiş Sumqayıt ŞPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirmişdir ki, 14 may 2022-ci il tarixdə gecə saatlarında xidmət apan zaman Sumqayıt şəhəri, 11 nömrəli məktəbin yaxınlığında yerləşən avtodayanacağın qarşısında xidməti maşını saxlamış, köşkün içərisində 3 nəfər şəxsin qumar oynaqdıqlarını görmüşdür. Onlar polis əməkdaşı özünü təqdim etdikdən sonra, qumar oynadıqları kartları gizlətmiş, pullar isə ətrafa səpələnmişdir. Həmin zaman stolun üzərinə təxminən 1600 manata yaxın pul olmuşdur. Bundan sonra onların qarşısında olan kartları götürüb, onlarla birlikə Sumqayıt ŞPİ-nin 4cü PB-nə getmişdir. Hadisə zamanı orada yalnız özü və 3 nəfər vətəndaş olmuşdur. Həmin zaman onların qarşılarında olan pulları isə hər biri özləri paylaşıb, götürmüşdür. O, raportu tərtib edən zaman texniki yanlışlığa yol verərək pulların götürüldüyünü qeyd etmişdir. Hadisə gecə saatlarında baş verdiyi üçün hadisə zamanı çəkiliş aparılması mümkün olmamışdır. Vətəndaşlar ona heç bir müqavimət göstərməmişdir, göstərişlərinə tabe olmuşdur. Hadisədən əvvəl də həmin ünvanda qumar oynanılması ilə bağlı onlara məlumat daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində çıxış etmiş Şahid2 bildirmişdir ki, 14 may 2022ci il tarixdə gecə saatlarında siqaret çəkmək üçün həyətə düşmüşdür. Bu zaman Şəxs işlədiyi köşkdə oturduğunu görmüşdür. Həmin zaman polis əməkdaşları köşkə daxil olmuş, ətrafı axtarmışdırlar. Köşkdə otaqlardan birində televizorun yuxarısında yerləşən işlədilməyən, köhnə kartları götürmüşdürlər. Şəxs heç bir zaman qumar oyunu oynanamışdır. Polis əməkdaşı onları polis bölməsinə aparmışdır. Onlar pullarını istədikləri zaman onlara işə məhkəmədə baxılmalı olduğunu, bu səbəbdən məsələnin orada həll olunacağı bildirilmişdir. O yazıb-oxuya bilmədiyi üçün polis bölməsinə nəyi imzaladığını başa düşməmişdir. Müdafiəçi Vəkil bildirmişdir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, raportu tərtib etmiş polis əməkdaşı raportu tərtib edən zaman yanlışlığa yol vermişdir ki, o özü də izahatında bunu bildirir. Şəxs tərəfindən inzibati xətanın törədilməsinə ehtimal yaradan yeganə hal kartların mövcudluğudur. Odur ki, inzibati xəta haqqında icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi, müdafiəçini və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə Şəxs məhkəmə iclası zamanı verdiyi izahatına tənqidi yanaşaraq, hesab edir ki, o inzibati məsuliyyətdən yayınmaq üçün inkaredici izahat verir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat təxminəm 04:00 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində, 11 nömrəli məktəbin yaxınlığında avtodayanacaqda 3 nəfər şəxsin qumar oynadığını görmüş, onlara yaxınlaşaraq özünü təqdim etmiş, bundan sonra 3 nəfər şəxlə birlikdə, onların oynadıqları kartları və pulu götürüb 4-cü Polis Bölməsinə gəlmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər 1) xx.xx.1979-cu il təvəllüdlü Şəxs; 2) xx.xx.1961-ci il təvəllüdlü Şahid2; 3) xx.xx.1985-ci il təvəllüdlü X2r. Eyni zamanda iş materillarında olan Şəxs izahatından da görünür ki, o özü də əməlini səmimi etiraf etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2022-ci il tarixli izahatında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci məhəllədə avtodayanacaqda, saat təxminən 04:00 radələrində tanışları Emin və Adillə birlikdə kart oynadıqları zaman polis əməkdaşları gəlmiş, onları polis bölməsinə aparmışdırlar. Əməlini səmimi başa düşür və bildirir ki, bir daha bu hərəkətlər təkrar olmayacaqdır. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 04:00 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində, 11 nömrəli məktəbin yaxınlığında avtodayanacaqda aşağıda adları şəkilən şəxslər qumar oyununda iştirak etdikləri üçün saxlanılmışdır: 1) xx.xx.1979-cu il təvəllüdlü Şəxs; 2) xx.xx.1961-ci il təvəllüdlü Şahid2; 3) xx.xx.1985-ci il təvəllüdlü X5. Bu şəxslər Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 4-cü PB-nə təhvil verərəkən üzərlərində olan oyun ləvazimatları aşağıdakılardır : -Şəxs 245 manat; -Şahid2 624 manat; -Pirqurban Emində 267 manat və 4 ədəd qumar oyununda istifadə edilən kart. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən olunmur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İXM-nin 31.1-4-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Nəzərə alınmalı olan müvafiq obyektiv amillərə qapalı sahəni tərk etmək imkanı, nəzarətdə saxlanma, təcrid edilmə dərəcəsi, cəmiyyətlə əlaqə qurmaq imkanı daxildir (Quzzardi İtaliyaya qarşı, H.M. İsveçrəyə qarşı, H.L. Birləşmiş Krallığa qarşı, Ştork Almaniyaya qarşı). Faktlar 5-ci maddənin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum edilməyə dəlalət edirsə, həbsin nisbətən qısa müddətli olması bu qənaətə təsir etmir (Rantsev Kipr və Rusiyaya qarşı, İskəndərov Rusiyaya qarşı ). Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X1rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Hər hansı şəxsin əlinin qandallanmaması, həbsxana hücrəsinə salınmaması və ya başqa üsulla fiziki baxımdan məhdudlaşdırılmaması faktı azadlıqdan məhrum edilmə halının olub-olmadığının müəyyən edilməsi üçün həlledici amil deyil (M.A. Kiprə qarşı). İş materalından görünür ki, inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər- 245,00 manat pul və 4 ədəd qumar oyununda istifadə edilən kart maddi sübut kimi tanınaraq götürülmüşdür. İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 77, 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati qaydada saxlanıldığı müddət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-4-cü maddəsinə əsasən nəzərə alınaraq 2250,00 (iki min iki yüz əlli) manat məbləğində cərimə olunsun. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetlər- 245,00 manat pul və 4 ədəd qumar oyununda istifadə olunan kart dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1247/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1247/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver