Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1251/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhəri Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Sumqayıt şəhəri Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 12.04.2021-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib etmək istəyərkən sənədləri təqdim etməmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 09.04.2021-ci il tarixli MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, Şəxs tərəfindən karantin rejimi qaydaları kobud şəkildə polzulmuşdur. Sumqayıt ŞPİ-nin 1-ci PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 12.04.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin məcəllənin 211.1-ci maddəsi ilə 09.04.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 1251/2021 və 3(060)-1252/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-1252/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 12.04.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin məcəllənin 211.1-ci maddəsi ilə 09.04.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1251/2021 və 3(060)-1252/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-1252/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1251/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1251/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver