Məhkəmə qərarları › İş №3(060)-1251/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1251/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1251/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət etmiş şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ-nın YPX-nın inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ-nın YPX-nın inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2025-cı ıl tarixdə Azərbaycan Respublika Sumqayıt şəhər DYPŞ-nın YPX-nin inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP7107365 № protokol tərtib olunmuşdur. Bunun əsasında xx.xx.2025-ci il tarixli, TP 7232689, qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 14:35-də Sumqayıt şəhəri, 6-cı mikrorayon, 6a ünvanında OPEL ZAFİRA minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması ilə nəticələnən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hesab edir ki, şikayət olunan qərar qanunsuz olmuşdur. Belə ki, o, Sumqayıt şəhəri, 6-cı mikrorayon qeyd olunan ərazidə dayan-durma qaydalarına əsasən sağ tərəf, sol tərəfi gözləyib sürməli olduğu halda, qarşı tərəf və sağ tərəfi gözləməli idi. O dayanıb gözləmiş, hər tərəf açıq olduğu üçün hərəkəti davam etmişdir. Bu vaxt şikayət verdiyi orqanın əməkdaşı avtomobilini əsassız olaraq üstünə sürüb, guya qəza şəraiti yaratmasında günahlandırmışdır. O, qaydalara uyğun olaraq hərəkətə başlamışdır. Bu barədə video görüntü də bunu görmək olar. xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar İXM-nin 122-ci maddəsinin tələblərinə zidd olmaqla qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsi ilə xx.xx.2025-ci il tarixli, TP ******* qərarın qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin mahiyyətinə uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, o, heç bir qayda pozuntusu törətməmişdir. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər DYPŞ-nın YPX-nın inspektoru, polis baş serjantı X4 məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Sumqayıt şəhər DYPŞ-nın YPX-nın inspektoru polis baş serjantı X2 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında Sumqayıt şəhər DYPŞ-nın YPX-nın inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 həmin tarixdə “OPEL ZAFİRA” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 6a ünvanında yol verdiyi xətaya görə Azərbaycan Respublikası İXM-in 327.2ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “OPEL ZAFİRA” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsi olaraq baş yolla yolayrıcına yaxınlaşan yol-patrul xidməti avtomobilinə yol verməmişdir. Yol patrul xidməti avtomobilində qeydə alınmış videogörüntüdə YPX avtomobilinin geriyə manevr etməsi və yol ayrıcına yaxınlaşması, “Opel Zafira” markalı avtomobilinin isə ikinci dərəcələri yol daxil olması öz əksini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 həmin tarixdə “OPEL ZAFİRA” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 6a ünvanında yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsi olaraq baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməyərək yol hərəkəti haqqında qanunun tələblərini pozmuş və bununla da Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də qeyd edilən maddə ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. YPX inspektoru tərəfindən təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən təsdiq olunmuşdur ki, “OPEL ZAFİRA” minik markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil baş yoldan ikinci dərəcəli yola daxil olur, lakin baş yolla yolayrıcına daxil olan YPX avtomobilinə yol vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Sumqayıt şəhər DYPŞ-nın YPX-nın inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yol hərəkəti haqqında qanunun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ-nın YPX-nın inspektoru Polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Sumqayıt şəhər DYPŞ-nın YPX-nın inspektoru Polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar