Məhkəmə qərarları › İş №3(060)-1252/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1252/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1252/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokol tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi polis mayoru Mircəlal Abbasovun iştirakları ilə, xx.xx.1985-ci ildə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 09.04.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı saat 11:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “World Telecom” mağazasında karantin rejimi qaydalarının kobud şəkildə pozulması, müştərilərə yerində düzgün xidmət olunmaması, girişdə dezinfeksiyaedici məhlunun həmçinin, hərarət ölçən cihazın olmaması aşkarlanmışdır. Həmçinin Şəxs barəsində AR İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib etmək istəyərkən sonuncu sənədləri təqdim etməmiş, polisin qanuni tələblərin tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib olunmuş inzabti xəta haqqında protokollar bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi polis mayoru Mircəlal Abbasov izahatında bildirdi ki, 09.04.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “World Telecom” mağazasında karantin rejimi qaydalarının kobud şəkildə pozulması, müştərilərə yerində düzgün xidmət olunmaması, girişdə dezinfeksiyaedici məhlunun həmçinin, hərarət ölçən cihazın olmaması aşkarlanmışdır. Mağazada baş məsləhətçi vəzifəsində çalışan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin Şəxs barəsində AR İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib etmək istəyərkən sonuncu ondan tələb olunan VÖEN-i təqdim etməmiş, polisin qanuni tələblərin tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Şəxs oğlu barəsində 09 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və 12 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs oğlu izahatında bildirdi ki, “World Telecom” mağazasında inzibatçı işləyir. Əvvələr hərarət ölçən cihaz mağazada olsa da polis əməkdaşları gəldikdə hərarət ölçən cihaz orada olmamış və müştərilərin hərarəti yoxlanmamışdır. Onun inzibatçısı olduğu obyektin ölçüsü təxminən 160 kv m olsa da, həmin vaxt mağazada cəmi 2 müştəri olmuşdur ki, onlar da masa taxmışlar. Polis əməkdaşları ondan VÖEN tələb etsələr də o VÖEN-in baş ofisdə olduğunu bildirmişdir. 10 aprel 2021-ci il tarixdə polis əməkdaşları ona tərtib olunmuş protkolla bağlı 1-ci Polis Bölməsinə dəvət etmişlər. O. tabe olaraq heç bir kəlmə demədən polis bölməsinə getmiş və orada da VÖEN-in baş ofisdçə olduğunu bildirmişdir. O, səs-küy salmamış. Polisin iş rejimini pozmamışdır. Vöen müdirdə olduğundan onu təqdim edə bilməmişdir. Lakin onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzabi xətaya dair protokol tərtib olunaraq iki gün polis bölməsində saxlanmışdır. Bu gün polis bölməsindən Məhkəməyə gətirilmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahatında “World Telecom” mağazasının direktoru olduğunu, həmçinin VÖEN-in onda olduğunu, 10.04.2021-ci il tarixində Polis Bölməsinə gedərək VÖEN-İ təqjdim etsə də həmin sənəd ondan alınmadığını və ondan cərimənin ödənilməsinin tələb olunduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında “World Telecom” mağazasının hüquqşunası olduğunu, həmin hadisədən 1 gün sonra Polis Bölməsinə gəldiyini və Şəxs Polis Bölməsində saxlandığını görərək DİN 102 xidməti və Azərbaycan Respublikas Baş Prokurorluğuna şikayət ərizəsi göndəyini qeyd etdi. Məkəmə iclasında çıxış edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxışında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs həmin vaxt polisin qanuni tələbinə tabe olmuşdur. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq mağazada hərarət ölçən cihazın olması məcburi deyildir. Buna görə də hüquqlarını müdafiə etdiyi şəxsin barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarını araşıdıraraq, inzibati protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidləri, müdafiəçini, dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi yoxdur.Bu səbəbdən də həmin maddə üzrə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs oğlu barəsində inzibati tənbeh tədbiri növündə həbs tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından görünür ki, Şəxs 10.04.2021-ci il tarixdə saat 20:30-da tutulmuşdur. Bu səbəbdən də onun həbs müddəti həmin tarixdən hesablanmalıdır. İnzibati xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 211-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 aprel 2021-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Sumqayıt ŞPİ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar