Məhkəmə qərarları › İş №3(060)-1254/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1254/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1254/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər polis idarəsi dövlət yol polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 05 aprel 2021-ci il tarixli TP ******* №li qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş TP ******* saylı, 05 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın 100,00 (bir yüz) manat məbləğində cərimənin ləğv edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, 05 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri 6-cı mikrorayonla 9-cu mikrorayonun kəsişməsində idarə etdiyi "Opel Zafira" markalı **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis sıravisi X3 tərəfindən saxlanılmışdır. Polis sıravisi ondan sənədlərini tələb etdi və qoruyucu tibbi maskadan nə üçün istifadə etmədiyini soruşdu. Maşında tək olduğumu və belə olan halda tibbi maskanın taxılmasına zərurət olmadığını bildirdi. Polis sıravisi ona heç bir söz demədən yola saldı. Bir saat sonra barəsində 100,00 manat məbləğində cərimə növündə inzibati tənbehvermə haqqında qərarın tərtib olunması ilə bağlı ona elektron məlumat gəlmişdir. Belə ki, o, öz şəxsi avtomobilində tək oturmuşdur. Belə olan halda onun tibbi qoruyucu vasitədən istifadə etməyim vacib deyildir. Tibbi maskanın əsas məqsədi özünü və ətrafdakıları virusun zərərli təsirlərindən qorumaqdır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 12.04.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 22 aprel 2021-ci il tarixə təyin edilmiş, lakin Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə 22.04.2021-ci il tarixdə sorğu verilsə də sözü gedən sorğuya cavab məhkəməyə daxil olmadığından və məhkəmə iclasına qərarından şikayət verilmiş orqan nümayəndəsi gəlmədiyindən işin baxılması 18 may 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək barəsindəki TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X5 barəsində 05 aprel 2021-ci il tarixdə saat MN № ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 05 aprel 2021-ci il tarixdə TP ******* saylı qərar qəbul edilərək X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X5 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Sumqayıt şəhər polis idarəsi dövlət yol polis şöbəsinə X5 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən şöbə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Sumqayıt şəhər polis idarəsi dövlət yol polis şöbəsi X2 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər polis idarəsi dövlət yol polis şöbəsinin TP ******* №li 05 aprel 2021ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin. Sumqayıt şəhər polis idarəsi dövlət yol polis şöbəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar