Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1254/2025 23.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 27797502 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli EQ 27797502 saylı, inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 90 (doxsan) manat və 3 cərimə bal cərimə olunmuş, həmin vaxt ** CL *** d.q.n-lı avtomobili X1 istifadəsində olmuşdur.O, tərtib olunmuş xx.xx.2025-ci il tarixli qərarla razılaşmır. Belə ki, avtomaşını o idarə etsə də oğlu X6 barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Bir daha bildirir ki, xx.xx.2025-ci ildə saat 08:41 dəqiqədə Sumqayıt şəhərindən Səməd Vurğun küçəsi ilə Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olmuş və avtomaşını özü idarə etmişdir. Onu da bildirir ki, oğlunun özünə məxsus **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır və həmin avtomaşını idarə edir. Hesab edir ki, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli qərar inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməlidir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 27797502 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən şikayət verilməsinə baxmayaraq, sözügedən inzibati tənbeh vermə haqqında qərar X5 barəsində tərtib olunmuşdur. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 26580887 saylı, xx.xx.2025-ci il tarixli qərar X5 barəsində qəbul olunmuş, lakin həmin qərar qanuni səlahiyyəti olmayan X4 tərəfindən mübahisələndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, Cabbar Cabbarovun şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Odur ki, X1 şikayəti icraata qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən verilmiş EQ 27797502 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Şikayət vermiş şəxs X3 izah olunur ki, barəsində elektron qərar qəbul edilmiş şəxsin, yəni X2 və ya onun müdafiəçisi qismində vəkilinin yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1254/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1254/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver