Məhkəmə qərarları › İş №3(060)-1257/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1257/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1257/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika idarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika idarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22 olan Şəxs (bundan sonra mətndə Şəxs VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 01 aprel 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 2021-ci ilin (aylıq) 4-əmək (işçilərin saylı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı, mart ayının 15-dək təqdim edilməli olduğu halda, müəyyən olunmuş vaxtda təqdim edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika idarəsinin rəis müavini X2 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən tərtib edilmiş 01 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 12.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 26 aprel 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika idarəsindən Şəxs-yə ünvanlanmış 17.03.2021-ci il tarixli 660 №-li bildirişdən görünür ki, MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2014-cü il 25 fevral tarixli 15/06 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi X3 daxil edilərək normativ hüquqi akt statusu almış (aylıq) 4-əmək (işçilərin saylı, hərəkəti və əmək haqqı fondu haqqında) rəsmi statistika forması üzrə 2021-ci ilin fevral ayı üzrə hesabat mart ayının 15-dək təqdim edilməli olduğu halda, müəyyən edilmiş vaxtda təqdim edilməmişdir. MMC tərəfindən hesabat məlumatlarının təqdim edilmədiyi nəzərə alınaraq, 01.04.2021-ci il tarixdə, saat 10:30-da Bakı Şəhər Statistika idarəsinə dəvət olunması qeyd olunmuşdur. İş materiallarında olan Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə mılumatdan görünür ki, Şəxs ********** VÖEN əsasında 2 saylı Ərazi Vergilər Baş idarəsində vergi uçotu orqanı kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Rəsmi statistika hesabatı 4 əmək (aylıq) rəsmi statistika hesabatı üzrə işçilərin saylı, hərəkəti, iş vaxtından istifadə edilməsi və hesablanmış əmək haqqı fondu haqqında çıxarışından görünür ki, Şəxs 2021-ci ilin hesabat dövrü üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika idarəsinə 2021-ci ilin (aylıq) 4-əmək (işçilərin saylı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı, mart ayının 15-dək edilməli olduğu halda, müəyyən olunmuş vaxtda təqdim edilməmişdir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən ölkə ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcimdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, Şəxs Bakı şəhəri, 2021-ci ilin (aylıq) 4-əmək (işçilərin saylı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı, mart ayının 15-dək edilməli olduğu halda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika idarəsinin müvafiq qurumuna təqdim etməmişdir. Şəxs “Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs-nin barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC-nin barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22 olan Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar