Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1257/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Şikayət verən vəzifəli şəxs X6, Qərarından şikayət verilən orqan – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 nümayəndəsi X10 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron X26 05 may 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarından vəzifəli şəxs X6 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət verən vəzifəli şəxs X17 şikayətlə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron X26 05 may 2025-ci il tarixli MN seriyalı № ******* saylı, 05 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən vəzifəli şəxs şikayətini onunla əsaslandırmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron X26 MN ******* saylı, 05 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı ilə X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron X26 gəldiyi nəticəyə əsasən X17 tərəfindən vətəndaş X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir. Lakin bu qərarda bunun hansı dövrü əhatə etməsi qeyd edilməmişdir. Belə görünür ki, inzibati tənbeh tətbiq edən dövlət qurumu bütün araşdırmanı apararaq ədalətli nəticəyə gəlmiş olduğunu düşünür. Halbuki bu qərar tamamilə əsassız və qərəzlidir. Belə ki, bu məsələ ilə bağlı dövlət qurumu heç bir araşdırma aparmamışdır. Belə ki, araşdırma aparılmış olsa idi adları qeyd olunan vətəndaşlarla vəzifəli şəxs arasında hər hansı əmək müqaviləsinin mövcud olmaması və dolayısı ilə mövcud olmayan müqavilənin hüquqi qüvvəyə minmə məsələsinin mümkün olmaması aydın olaraq görülərdi. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, nıübhisələndirilən qərardan görünür ki, bu qərar Əmək müfəttişliyi tərəfindən hər hansı araşdırma aparılmadan yalnız digər orqanın məktubu əsasında tərtib edilmişdir. Həmçinin təqdim edilmiş protokola və inzibati qərara inzibati xətanın nə vaxt törədilməsini və bu xətanın kim tərəfindən hansı yoxlama nəticəsində aşkar edilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır. Belə ki, nə vətəndaşın, nə də barəsində protokol və qərar çıxarılan şəxsin izahatları alınmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X17 ərizəsinin mahiyyətinə uyğun çıxış bildirdi ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X3 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 21-ci mikrorayon ərazisində məktəbəqədər hazırlıq müəssisəsi işlədir və müəssisələrinin rəsmi işçiləri var. X7 daha öncədən iş axtardığı üçün müəssisələri ilə əlaqə saxladığı üçün ona gəlməsini və onu yoxlayacaqlarını bildirmişlər. 05 may 2025-ci il tarixində Hüseynova Sevinc müəssisələrinə gəldikdə onu yoxlamaya daxil etdilər, həmin zaman polis əməkdaşları içəri daxil oldu və protokol tərtib edildi. Belə ki, inzibati tənbehvermə haqqında qərarda X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etdiyi müəyyən edilmişdir. Lakin bu qərarda bunun hansı dövrü əhatə etməsi qeyd edilməyib. Belə ki, kifayət qədər araşdırma aparılsa idi, həmin vətəndaşla aralarında əmək müqaviləsinin mövcud olmaması və dolayısı ilə mövcud olmayan müqavilənin hüquqi qüvvəyə minmə məsələsinin mümkün olmaması aydın olaraq görülərdi. Həmçinin təqdim edilmiş protokola və qərara inzibati xətanın nə vaxt törədilməsini və bu xətanın kim tərəfindən hansı yoxlama nəticəsində aşkar edilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır. Bütün bunları nəzərə alaraq hesab edir ki, inzibati tənbehvermə haqqında qərar əsassız və qərəzlidir. Buna görə də həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş ediredərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 nümayəndəsi X19 şikayətlə razılaşmayaraq bildirmişdir ki, hazırda şikayətçinin verdiyi izahatla, polis orqanında və təmsil etdiyi qurumda verdiyi izahatlar ziddiyyət təşkil edir. Belə ki, Rüfət Babayev qurumlarda verdiyi izahatlarında Sevinc Hüseynovanı işə götürdüklərini, yalnız sınaq müddətində olduğu üçün şəxslə əmək müqaviləsi bağlamadığını etiraf etmişdir. Polis orqanından müfəttişliyə göndərilən sənədlərdə üç nəfərin əmək müqaviləsiz işləməsi faktı aşkar edildiyi qeyd olunsada, yoxlama zamanı yalnız bir nəfərin yəni Sevinc Hüseynovanın əmək müqaviləsi olmadığı müəyyən edilmiş və vəzifəli şəxs olan Rüfət Babayev barəsində protokol tərtib olunmuşdur. Məhkəmə şikayət vermiş vəzifəli şəxsin şikayətini və çıxışını, habelə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş material-ları ilə əlaqəli şəkildə öyrənərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron X26 05 may 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin X23 Xidmətinin Sumqayıt Regional Ərazi şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, X6 ünvan 2 ünvanında iki mərtəbəli fərdi yaşayış sahəsini icarəyə götürüb, həmin yaşayış sahəsinin 1-ci mərtəbəsində sanitar-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət etmədən yataqxana və yeməkxana, ikinci mərtəbəsində isə sinif otaqları təşkil edilərək “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq dövlət orqanından xüsusi razılıq (lisenziya) əldə etmədən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşöul olub, 2-6 yaş arası azyaşlılara “Qələm” adlı bağça adı ilə xidmət göstərməsi müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı həmin bağçanın fəaliyyətinə R.Babayevin arvadı X11 tərəfindən nəzarət olunduğu, baxıcı və aşbaz kimi fəaliyyət göstərən X16 müəllim kimi fəaliyyət göstərən X20 və X8 ilə əmək müqaviləsi bağlamadığı müəyyən edilmişdir. İş materiallarında olan X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X23 Xidmətinin Abşeron-Xızı regional şöbəsində olan izahatının surətindən görünür ki, 10 mart 2025-ci il tarixində polis tərəfindən fəaliyyət göstərdiyi “Qələm” uşaq inkişaf və tədris mərkəzində yoxlama aparılmışdır. Yoxlama əsasında X12, X18 və X7 əmək müqavilələri olmadığı barədə protokol tərtib eləmişlər. Bildirir ki, X9 və X21 ilə 2024-cü il oktyabr ayından əmək müqaviləsi bağlanmış və elektron informasiya sisteminə daxil edilmişdir. X1 ilə əmək müqaviləsi bağlanmamışdır. Bir ay müddətində sınaq kimi qəbul etmişdir. Bir ay gəlib-getmişdir. Gələcəkdə əmək müqaviləsi bağlamaq qərarına gəlmişdir. İş materiallarında olan X2 izahatının surətindən görünür ki, 1 aydır “Qələm” uşaq inkişaf tədris mərkəzində 2-3 yaşlı uşaqlara erkən inkişaf dərsi keçir. Kursda 7 uşaq var. Təcrübəçi olması ilə bağlı heç bir sənəd yoxdur. Onu təcrübəçi olaraq işə Bayramova Şükranə işə götürmüşdür. Heç bir əmək haqqı almır. İş saatı saat 10-dan 14:00-a kimidir. Dərsi kurs tərəfindən təsdiqlənmiş proqram tərəfindən keçir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı № ******* saylı “İnzibati xəta haqqında” qərardan görünür ki, 22 aprel 2025-ci il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol əsasında, Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs X7 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) vəzifəli şəxs X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 3000 (üç min) manat cərimə olunmuşdur. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi vəzifəli şəxs X17 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs vətəndaş X13 müəllimə işinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin maddənin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 15-ci maddəsinin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən vəzifəli şəxs X14 istinad edilən inzibati xətaya inzibatixətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron X26 05 may 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarından X17 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Vəzifəli şəxs X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron X26 05 may 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Abşeron X26 05 may 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1257/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1257/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver