Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-126/2023 25.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis kapitanı Niyaməddin Həsənov tərəfindən Şəxs barəsində 21 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “Chevrolet” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs İ.Qayıbov küçəsində hərəkətdə olan zaman idarəetməni itirərək “Opel” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə zamanı X9 bədən xəsarətləri almışdır. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 12 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 25 yanvar 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, 16 iyun 2022-ci il tarixdə, təxminən saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisi ilə 16-cı mikrorayon istiqamətində hərəkətdə olan zaman idarə etdiyi avtomobildə arvadı X11, azyaşlı övladları Gülay Şamiyeva, Mədinə Şamiyeva, atası X10, anası X12 və dayısının arvadı Nəticə Əhədova olmuşlar. Sumqayıt şəhəri 17-ci mikrorayon, İ.Qayıbov küçəsi ilə 16-cı mikrorayon istiqamətində orta hərəkət zolağı ilə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman təxminən 100 metr məsafədən İ.Qayıbov küçəsində yerləşən “Tural” şadlıq sarayının qarşısında adını sonradan bildiyi Mədət Hüseynovun idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilini yolun sağ zolağı ilə arxaya doğru hərəkət etdirdiyini görmüşdür. Mədət Hüseynovun idarə etdiyi avtomobilə təxminən 30-40 metr məsafə qalanda sonuncunun avtomobilinin arxa hissəsinin orta zolağa doğru hərəkət etdiyini görmüş, lakin ondan manevr edərək yayına bilmədiyindən avtomobilləri toqquşmuşdur. Hadisə zamanı avtomobildə sərnişin olaraq arvadı X7, azyaşlı övladları Gülay Şamiyevaya, Mədinə Şamiyevaya, atası X5, anası X8 və dayısının arvadı Nəticə Əhədovaya sağlamlıqlarına qısa müddətə pozulmasına səbəb olmuş yüngül dərəcəli xəsartlər dəymişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 icraatında olan ********* saylı cinayət işinin istintaq materialları üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-ı Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 998 saylı rəyindən görünür ki, X1 bədəni üzərində AKBT, baş beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, alın nahiyyənin, sol qaş nahiyyənin, sol təpə nahiyyənin və üst dodağın əzilmişçapılmış yaraları, hər iki gözətrafı nahiyyənin hematoması, travmatik konyuktiviti xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-ı Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 996 saylı rəyindən görünür ki, X6 bədəni üzərində sağ əlin V barmağının yerdəyişən sınığı xəsarəti aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-ı Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 995 saylı rəyindən görünür ki, X3 bədəni üzərində alın nahiyyənin sağ yarısının sağ gözün bayır bucağını əhatə edən sıyrığı xəsarəti aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmayan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-ı Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 992 saylı rəyindən görünür ki, X4 bədəni üzərində sol bazunun orta 1/3-nin arxa səthinin sıyrığı xəsarəti aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinin müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməməsi qeyd edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 icraatında olan ********* saylı cinayət işinin istintaq materialları üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 327.8-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Zərər şəkmiş şəxslərə izah olunur ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmməddov
Məhkəmə qərarları › İş №3(060)-126/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-126/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver