Məhkəmə qərarları › İş №3(060)-126/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-126/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-126/2025 14.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, X4 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətin baxılmağa hazırlanma mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Qida X1-X6 “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azarbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” xx.xx.2024-cü il tarixli M0524-23 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Şikayətdən və ona əlavə edilmiş qərardan görünür ki, Azərbaycan Respublikası Qida X1-X6 xx.xx.2024-cü il tarixli M0524-23 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azarbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında Qərarı ilə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İD0224041 nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyalarına idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş, Qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası gömrük ərazisi hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, göstərilmiş müddət ərzində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda həmin məhsul partiyasının 10 (on) gün müddətində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya sahibkarın əsaslandırılmış müraciəti ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada utilizasiya edilməsi qərara alınmış, həmin qərar İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununa istinad edilməklə inzibati akt şəkilində qəbul edilmiş, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hər hansı maddəsi ilə tənbeh edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Beləliklə, məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hər hansı bir maddəsi ilə tənbeh edilmədiyindən, Qida X1-X6 xx.xx.2024-cü il tarixli M 0524-23 nömrəli qərarı inzibati akt olduğundan və həmin inzibati aktın mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati məhkəmələr tərəfindən həyata keçirildiyindən şikayət icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə inzibati orqanın (vəzifəli şəxsin) müvafiq inzibati aktından Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 132-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Qida X1-X6 xx.xx.2024-cü il tarixli M 0524-23 nömrəli qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar