Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1262/2025 26.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının, İcra sənədi üzrə tələbkarın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2948/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda 3210 manat ödənilməyən borc qalmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2948/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 22 iyun 2007-ci təvəllüdlü X4 və 15 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi manat) manat məbləğində olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində sabit pul şəklində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Borclu tam ödəniş etmədiyinə barəsində məcburi tədbirlər həyata keçirilmişdir. Borclu ölkə xaricində olmasına görə barəsində axtarış verilmiş, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən icra idarəsinə gətirilmişdir. Həmin tarixdə qərar bildirişlə tanış edilmiş və izahatı alınmışdır. Təqdimatla müraciət edilərək borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu icra sənədini tam yerinə yetirmədiyinə görə barəsində xx.xx.2024-cü il tarixdə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə də 1000 tələbkara ödəniş edərək, tələbkarla barışıq əldə etdiyindən iş üzrə icraata xitam verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə əlavə 1000 manat olmaqla növbəti aylarda aylıq aliment ödənişindən əlavə 100 manat ödəniş etmişdir. Hazırda 3210 manat borc məbləği yaranmışdır. Bu gün icra idarəsində 940 manat ödəniş etmişdir. Borclu icra məmurunun çağırışlarına gəlir. Sözügedən borc məbləğinə görə barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, onun ödəniş etməkdən yayınmaq fikri olmamışdır. Belə ki, sözü gedən borc məbləğini yaxın 3-4 ay ərzində tamamilə ödəyəcəkdir. Bu gün icra idarəsində 940 manat aliment borcundan ödəniş etmişdir. 2024-cü ilin noyabr ayından hər ay ödənişləri tam olaraq ödəmiş, aylıq 440 manat ödənişdən əlavə də keçmiş borclarından da ödənişlərlər etmişdir. Protokolda qeyd edilən borc məbləği ilə razıdır. Ödəniş etməkdən yayınmır, alimenti ödəməyə davam edəcəkdir. Ödənişlərin hər birini poçt vasitəsi ilə həyata keçirir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X5 izahatında bildirmişdir ki, borclunun dedikləri ilə razı deyildir. Belə ki, 2024-cü ilin noyabr ayından etibrarən aliment borcunu ödəyəcəyini bildirmiş, lakin bu müddət ərzində cəmi 760 manat ödəniş etmişdir. Əgər Şəxs ölkə xaricinə getsə ümumiyyətlə ödəniş etməyəcəkdir. Borcluya bir dəfə güzəşt edilmişdir. Borclunun sözlərinə inanmır. Qeyd edilənlərin nəzərə alınaraq aliment borcunun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tərtib edilən protokolla razı deyil. Belə ki, borclu mütəmadi olaraq aliment borcundan ödənişlər etmişdir. Borclunun əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanıb, öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2948/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2948/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 22 iyun 2007-ci təvəllüdlü X4 və 15 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi manat) manat məbləğində olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində sabit pul şəklində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2948/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə qərar və bildirişlə tanış edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin könüllü ödənilməsi haqqında bildirişdən” görünür ki, borclu Şəxs icra sənədi üzər tələbin könüllü ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 279/2024 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2765/2024 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İş materiallarında olan Ədliyyə Naziriliyi “elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar, daşınmaz əmlak yoxdur və ya gəlir mənbəyi müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs qısa müddətdə aliment borcunu tam qaydada ödəyəcəyini bildirmişdir. İş materiallarında əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 440 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025ci il tarixdə 440 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 440 manat, xx.xx.2025-ci il tarixdə 440 manat, xx.xx.2025-ci il tarixdə 440 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 940 manat olmaqla ümumillikdə 3520 manat tələbkar Zərərçəkmiş şəxs ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmurunun, tələbkarın nümayəndəsinin, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən keçmiş dövrdə ödənişlərin gecikdirilməsi nəticəsində müəyyən məbləğdə borc yaransa da, son 6 ay ərzində aylıq 440 manat olan ödənişlər tam olaraq həyata keçirilmiş, bundan əlavə ötən dövründən yaranmış borclara görə də ödənişlər edilmişdir. Qeyd edilənlər Şəxs icra sənədi üzrə ödənişlərin həyata keçirilməsinə qərəzli münasibətinin olmamasını göstərir. İş materiallarına əlavə edilmiş, icra məmuru tərəfindən də mübahisələndirilməyən qəbzlərdə son 7 ay ərzində ödənişlərin həyata keçirildiyi, məhkəmə iclası günü də, keçmiş borcdan 500 manat olmaqla, ödənilmə vaxt çatmayan 2025-ci ilin may ayı üçün 440 manat alimentin vaxtından əvvəl ödənilməsi təsdiqini tapır. Bundan başqa cari ilin iyun ayında aliment ödənilməsi nəzərdə tutulan 26 iyun 2007ci il təvəllüdlü Ruslan Nurəliyevin yetkinlik yaşına çatması, nəticədə Şəxs aliment öhdəliyinin azalması, qalıq borcun yüksək məbləğdə olmaması, borclu tərəfindən qısa müddətdə keçmiş dövrdən qalan borcun ödənilməsini ağlabatan edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1262/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1262/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver