Məhkəmə qərarları › İş №3(060)-1265/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1265/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1265/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:55 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində “Bulaq” restoranının qarşısında nəqliyyat vasitəsini idarə edən zaman özünü şübhəli apardığı üçün ona yaxınlaşan polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və polis əməkdaşları bununla bağlı PB-nə dəvət edən zaman əməkdaşların qanuni göstərişinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nin sahə rəisi, polis leytenantı X4 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:55 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində “Bulaq” restoranının qarşısında nəqliyyat vasitəsini idarə edən zaman özünü şübhəli apardığı üçün ona yaxınlaşan polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və polis əməkdaşları bununla bağlı PB-nə dəvət edən zaman əməkdaşların qanuni göstərişinə qəsdən tabe olmamışdır. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 01:55 radələrində “Bulağ” kafesinin yaxınlığında olarkən avtomobilinin yanına avtopatrul yaxınlaşmış, səs eşitmiş, kənarda dayanan bir şəxsdən onu çağırdıqlarını soruşmuş, o da sənnən deyil çıx get demiş, o da avtomobilini sürətlə idarə edərək yaşadığı evə getmişdir. Siqareti və telefonu avtomobildə qaldığı üçün geri avtomobilin yanına qayıtdıqda PPX-nin əməkdaşlarını avtomobilinin yanında görmüş, onlara yaxınlaşan zaman qardaşı və digər dostları onlara yaxınlaşmışlar. Polis əməkdaşları ona narkotik vasitə istifadə etdiyini bildirmişlər. O, polis əməkdaşlarına narkotik vasitə qəbul etmədiyini bildirmiş və əgər ondan şübhələnirsə müayinədən keçirmək üçün Dispanserə aparmalarını bildirmişdir. Sonra o dostları ilə birlikdə “Nasosnu Pub”a getmişdir. Kafedə olan zaman video kamera monitorundan həmin polis əməkdaşlarının kafenin qarşısında olduğunu görmüş, dostu onların yanına yaxınlaşmış, səs-küy gəldiyini eşidərək o da onların yanına getmiş və aralarında mübahisə yaranmışdır. Lakin o, polis əməkdaşlarına nalayiq ifadələr işlətməmişdir. Polis əməkdaşları onu PB-yə dəvət etmişlər, o isə onlara etiraz edib tabe olmamış və onu avtomobilə əyləşdirib PB-yə gətirmişlər. Polis əməkdaşları ona fiziki təsir göstərmişlər. Sonra onu müayinədən keçirmək üçün Sumqayıt Narkoloji Dispanserinə aparmışlar, analiz götürülmüş, narkotik vasitələrdən istifadə faktı aşkarlanmamış, lakin spirtli içki qəbul etdiyi üçün orta alkoqol sərxoşluğu aşkar olunmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 01:55 radələrində postaçı yoldaşı polis serjantı Novruzov Hikmətlə 91-46 saylı avtopatrulda Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində xidmət apararkən “Bulaq 2” adlanan kafenin qarşısında 77GU-557 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili düzgün idarə edə bilməyərək özünü şübhəli apardığını görmüşlər. Ona yaxınlaşmaq istəyərkən həmin şəxs polisin ünvanına nəlayiq ifadələr işlədərək həmin yerdən uzaqlaşmışdır. Onlar həmin şəxsin yaşadığı ünvana getmişlər və nəqliyyat vasitənin pəncərələnin açıq, içərisində isə telefon olduğunu görmüşlər. Bu zaman həmin şəxslə birlikdə bir neçə şəxs onlara yaxınlaşmış, adam çox olduğundan həmin şəxslə danışa bilməmişlər və o, fürsətdən istifadə edib çıxıb getmişdir. Bununla əlaqədar onlar 2ci PB-yə yaxınlaşaraq raport yazmışlar, raportla bağlı həmin şəxsin “Nasosnu Pub” adlanan kafedə olduğu müəyyən etmişlər, PB-nin əməliyyat qruppası ilə birlikdə həmin “Pub”-a getmişlər və “Pub”-un qarşısında olan zaman Canlar və dostu İsmayıl onlara yaxınlaşmışdır. Onu PB-yə dəvət edən zaman Canlar onlara müqavimət göstərmiş, ona dəfələrlə ictimai qaydaya və polisin qanuni göstərişinə tabe olmasını bildirib qanuna dəvət etsələr də, həmin şəxs onların qanuni göstərişlərinə qəsdən tabe olmamışdır. Əməliyyat qruppasının köməkliyi ilə həmin şəxsləri avtomobilə əyləşdirib PB-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da şahid X2 göstərdiyi xüsusatları təsdiq edərək onun izahatına uyğun izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutlma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:15 radələrində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində azad edilmişdir. İş materiallarında olan A/1297 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:45 radələrində müayinə zamanı Şəxs orta dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatını, vəkilin çıxışını dinləyib inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar