Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1266/2025 26.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol "xxxx" MMC-nin direktoru kimi, yəni vəzifəli şəxs kimi tərtib edilmiş və inizbati xəta haqqına protokol ərazi aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə ona görə göndərilmişdir ki, Şəxs qeydiyyat yeri Sumqayıt şəhəri ərazisindədir. Bununla bağlı məhkəmə qeyd edir ki, İXM-nin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta hərəkətsizliklə törədilən inzibati xətadır və onun törədilmə yeri müvafiq hərəkətin edilməli, yerinə yerinə yetirilməli yer hesab edilir. İndiki halda Şəxs barəsində inzibati xəta haqqında protokol fiziki şəxs kimi deyil, "xxxx" MMC-nin direktoru kimi, yəni vəzifəli şəxs kimi tərtib edilmişdir. Göründüyü kimi Şəxs barəsində protokol "xxxx" MMC-nin direktoru kimi fəaliyyəti ilə bağlı tərtib edilmişdir. Belə olan halda hazırki iş üzrə hərkətsizliklə törədilməsi iddia edilən inzibati xətanın törədilmə yeri, Şəxs fiziki şəxs kimi yaşayış yeri deyil, "xxxx" MMC-nin hüquqi ünvanı hesab edilməldir. Çünki, vəzifəli şəxsin (direktorun) törətməsi iddia edilən inzibati xəta məhz hüquqi şəxsin bilavasitə fəaliyyəti ilə bağlıdır. İş materiallarına əlavə edilmiş dövlət vergi xidmətinin sayından çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1nzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İndiki halda törədilməsi iddia edilən inzibati xəta haqqında iş üzrə protokol (hərəkətsizliklə törədilən inzibati xəta) hüquqi şəxs barəsində tərtib edilməsə də, bilavasitə hüquqi şəxsin fəaliyyəti ilə bağlı onun direktorunun barəsində vəzifəli şəxs kimi tərtib edilmişdir. Qeyd edilməlidir ki, vəzifəli şəxsin (hüquqi şəxsin direktorunun) müvafiq hərəkətsizliyi etdiyi yer də, onun fiziki şəxs kimi yaşayış ünvanı deyil, "xxxx" MMC-nin hüquqi ünvanı hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1266/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1266/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver