Məhkəmə qərarları › İş №3(060)-1267/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1267/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1267/2024 11.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində ünvan 3 ünvanında bıçaqla qardaşı Zərərçəkmiş şəxs sağ əlinin işarət barmağından vuraraq xəsarət yetirməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 5-ci PB-nin sahə rəisi, polis polis baş leytenantı X1 protokolda göstərilənlərə uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs doğma qardaşıdır. O, qardaşı Nahidin ailəsi ilə birlikdə BTZ bağlar ərazisində fərdi evdə yaşamış, qardaşı və ailəsilə yaxşı münasibəti olmuşdur. Bir il bundan öncə Nahidin rəsmi nigahda olan həyat yoldaşı Minayə işlətdiyi ***-***-**-** nömrəsindən Watsap proqramı vasitəsilə ona sevgi sms-ləri yazıb öz şəkillərini göndərmiş və zaman keçdikdə ona aşiq olduğunu, onunda Minayəyəyə aşiq olduğunu demişdir. Bundan sonra o, Minayənin yazdıqlarına biganə qalmayıb sonuncu ilə həmin proqram vasitəsilə yazışmağa başlamış hər gün Nahid işə getdikdən sonra və ya Nihad evdə olmadığı vaxtda Minayə ona sevgi smsləri yazmışdır. Minayə ilə danışdıqları zaman Minayə ondan mütəmadi olaraq pul istəmiş, bu vaxtda kimi Minayənin hesabına müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 7000 manata yaxın məbləğdə pul göndərmişdir. Sonradan Minayənin ona xoş sözlər yazıb, ondan istifadə etməklə pul aldığını başa düşüb sonuncudan pullarını qaytarmasını tələb etmiş, lakin Minayə pulu qaytarmamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə Nahidgilə gələrək qardaşı arvadı Minayənin kənar kişilərlə əlaqə saxladığını, ondan 7000 manat pul aldığını demiş, Nahidin ona inanmamış, yalan danışdığını demişdir. O, bir müddət sonra Nahid və Minayəyə zəng etdikdə sonuncuların nömrələrini dəyişdiklərini görüb xx.xx.2024-cü ıl tarixdə saat 07:40 radələrində Nahidin evdə olduğunu düşünərək pulunu tələb etmək üçün onlara gəlmiş, həyətə daxil olub evin qapısını döyüb səsləndikdə qapını açan olmamış, 10- 15 dəqiqə sonra Nahid kürəkəni Fail və sonuncunun qardaşı Nailin gəldiyi görmüşdür. Bu zaman o, əlində olan bıçağı Nahidə tərəf atmış, sonuncu kənara çəkilmiş, bıçaq Nahidin sağ əlinin işarət barmağına dəymişdir. Qeyd edir ki, əslində həmin ünvana Minayəyə verdiyi pulları geri tələb etmək üçün getmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. İcraata xitam veriməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. İnzibati xətanın törədilməsində özünü təqsirli bilir, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində evdən çıxıb işə getdikdən 10-15 dəqiqə sonra yoldaşı Minayə ona zəng edərək qardaşı Mahirin həyətə gəlib əlində bıçaqla dayanıb ünvanlarına nəlayiq ifadələr işlədərək onları hədələyib qapını açmalarını tələb etdiyini bildirmişdir. O, bundan dərhal sonra evə qayıtmış, bu zaman Mahirin əlində bıçaqla həyətdə dayandığını görüb Mahirdən nə istədiyini soruşduqda Mahir borcunu tələb etmişdir. O, Mahirə yaxınlaşıb bıçağı kənara qoymasını dedikdə gözləmədiyi halda Mahir onu vurmaq üçün bıçağı ona tərəfə atmış, o dərhal kənara çəkilmiş, buna baxmayaraq bıçağ sağ əlinin işarət barmağına dəymişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda Şəxslə barışmış, ona qarşı heç bir tələbi yoxdur, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxslə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ilə eyniməzmunlu izahat verdi. İşdə olan 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X2 Şəxsindən daxil olmuş 705 saylı, xx.xx.2024cü il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ əlin İİ barmağının əsas falanqasının sıyrığı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəaitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt şəhər 1 Saylı vəkil Burosu həmin qərardadı icra edərək hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclasında iştirak edərək hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə və İXM-nin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar