Məhkəmə qərarları › İş №3(060)-1267/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1267/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1267/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilməsinin qaydalarını müəyyən edir. Həmin maddənin 1.7-ci bəndində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları qeyd olunmalıdır. Lakin, tərtib olunmuş protokolda “X2 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı təmin edilməmişdir” məzmununda qeyd mövcuddur. Protokoldakı həmin qeyd Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın Qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməyərək Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib olunmuş protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, protokolun qeyd hissəsində göstərilən qeydə uyğun olaraq protokolu imzalamaqdan imtina səbəbi göstərilməmişdir. Bundan başqa iş materialların əlavə edilmiş inzibati xəta haqqında iş üzrə protokol barədə məlumatlandırma ilə bağlı məktublar imzalanmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin protokoldan məlumatlı olması ilə bağlı xəbərnamələr iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırmanın qaydaları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 125-ci maddələri tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt gönrərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi-göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanının əməkdaşına tapşıra bilər. Belə ki, iş materiallarında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə rəsmi qaydada təqdim olunması barədə bildiriş iş materiallarına əlavə edilsə də həmin bildirişin ünvan sahibi tərəfindən alınmasını təsdiq edən hər hansı bir qəbz və ya yaxud poçt göndərişinin verilməsi haqqında xəbərnamə əlavə edilməmişdir. Həmçinin, iş materialarına əlavə edilmiş məktublarda imzalar mövcud deyil. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Lakin xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan səhvlər olduğundan hesab edirəm ki, protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti Bakı Şəhər İdarəsinə geri qaytarılsın. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti Bakı Şəhər İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar