Məhkəmə qərarları › İş №3(060)-1269/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1269/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1269/2024 11.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahvedi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1964-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* və ******* nömrəli protokollar tərtib olunmuşdur. Tərtib edilmiş protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən parkda nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində xidmətdə olarkən bir nəfər şəxsin parkda nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşmışlar, onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının iradlarına məhəl qoymayaraq onların qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları onu avtopatrul maşınına əyləşdirmək istədikdə müqavimət göstərmiş, sonra avtopatrul maşınına əyləşdirilərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Bölmədə də səs-küy salaraq bölmənin iş rejimini pozmuşdur. Şəxs müayinədən keçirilməsi üçün Sumqayıt Narkoloji Dispanserinə aparılmış və müayinə zamanı onda orta dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, avto qəzaya düşdüyünü, onunla əlaqədar uzun müddətə xəstəxanada müalicə aldığını, sığorta pulunu ala bilmədiyini və bununla əlaqədar xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə şikayət etdiyini bildirmişdir. O, evdə olarkən ona polis əməkdaşları tərəfindən zəng gələrək aşağıda olduqlarını, onlara yaxınlaşmağı bildirilmiş, o, aşağıya düşən zaman polis əməkdaşlarının orda olduğunu, nalayiq ifadələr işlətmədiyini, spirtli içki qəbul etdiyini, avto patrul maşınına oturaraq PB-nə getdiyini və onlara tabesizlik etmədiyini demişdir. PB-də olan zaman da səs-küy salmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:05 radələrində Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciəti ilə əlaqədar Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində qeyd olunan ünvanda olan zaman Şəxs spirtli içki təsiri altında ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən etmiş olduğu əməli dayandırmasını bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymaraq əməlini davam etdirmişdir. Həmin şəxsi araşdırma aparılması üçün aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər, lakin həmin şəxs imtina etmiş, həmin şəxsi növbətçi hissə avtopatrulna əyləşdirib aidiyyatı üzrə 4-cü PB-nə gətirmişlər. Şəxs əvvəllər də dəfələrlə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş və operatora nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçı, polis kapitanı X3 da şahid X1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:20 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan A/1301 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə 18:20 radələrində müayinə zamanı Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatını, vəkilin çıxışını dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, onun inzibati xətaları törətməsi sübuta yetirilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 10 iyun 2024-cü il tarixdən, saat 20:20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar