Məhkəmə qərarları › İş №3(060)-1271/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1271/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1271/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 21625,86 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 6500 manat, Bakı Şəhəri Xəta Rayon Məhkəməsinin icra sənədi üzrə 8959 manat, Bakı şəhəri 36 saylı Notariat Ofisinin icra qeydi üzrə isə 121,30 manat olmaqla cəmi 37206,16 manat borc vəzifəli şəxs Şəxs tərəfindən ödənilməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X6 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7235/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 21625,86 manat, Sumqayıt Şəhər Məhkəməsi 3(060)-2758/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 6500 manat, Bakı Şəhər Xətai Rayon Məhkəməsi 3(011)-976/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 8959 manat, Bakı Şəhər 36 saylı Notariat Kontoru xx.xx.2024-cü il tarixli 8İ-2357 nömrəli icra sənədi üzrə 121,30 manat, ümumilikdə 37206,16 manat borc ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Bundan sonra da icra əməkdaşları "xxxx" MMC-nin Sumqayıt şəhərində yerləşən ünvanında olmuşdur. Orada "xxxx" MMC adlı başqa bir MMC-nin fəaliyyət göstərdiyi məlum olmuşdur. X7 kimi təqdim edən şəxs bildirmişdir ki, hal-hazırda orada "xxxx" MMC fəaliyyət göstərir və həmin MMC-nin "xxxx" MMC ilə əlaqəsi yoxdur. "xxxx" MMC-nin hesabları üzərinə həbs qoyulmuşdur, lakin hesablarda pul olmadığından tələb icra olunmamışdır. Şəxs icra idarəsinə dəvət edilmiş, ona qərarın icra edilməməsinə dair məsuliyyəti izah edilmişdir. Buna baxmayaraq tələbi icra etmək üçün heç bir hərəkət göstərməmişdir. İcra idarəsinin çağırışına gəlmişdir və məlum olmuşdur ki, Gəncə şəhərində fiziki şəxs olaraq borc öhdəliyi vardır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, inzibati xəta üzrə özünü təqsirli bilir. Zərərçəkmiş şəxs MMC ilə barışıq müqaviləsi imzalanmışdır və həmin ərəfədə o, pulu ödəmək niyyətində idi, amma barışıq müqaviləsində nəzərdə tutulmuş məbləği ödəyə bilmədiyindən barışıq pozulmuşdur. Sonralar o, zavodda sıxışdırılmışdır. Ora direktor kimi dəvət olunan zaman o, zavoda yatırım etdiyini və 3 il müddətində zavodun normal işlədiyini bildirmişdir. Yekunda o, zavodda sıxışdırılmış və hər şey onun üstündə qalmışdır. Rəsmi borcdan başqa orda işləyən işçilərə də borcu var və onlar da pullarını istəyir. Hazırda öhdəliklərinə görə hələ də MMC-nin direktoru olduğu, MMC-nin VÖEN-nin dondurulduğunu, borc məbləğindən xx.xx.2025-ci il tarixdə 1200 manat ödəniş etdiyini və borc məbləğinin qalanını hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Qərar qəbul edilərkən göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs müəyyən güzəştlər edilmiş, borc məbləğinin yarısının ödənilməsi barədə barışıq imzalanmış, lakin, Şəxs barışıq müqaviləsini icra etmədiyindən hazırda borc məbləğinin tam ödənilməsini tələb edir. Artıq xeyli müddət keçdiyi üçün ona həmin güzəştlər edilə bilməz. Borcun ödənilməsi ilə bağlı razılıq isə 3 hissəyə bölmək şərtilə mümkündür. Hazırda qeyd-şərtsiz bütün məbləğin ödənilməsini tələb etdiyini bildirmiş və göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-7235/2022 nömrəli icra sənədindən görünür ki, borclu Şəxs 21625,86 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Bakı şəhəri Xətai rayonu üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-7235/2022 nömrəli icra sənədi üzrə icraata başlanıldı. Bakı şəhəri Xətai rayonu üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2-2(113)-7235/2022 nömrəli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. xx.xx.2023-cü il tarixdə qərar və bildiriş Şəxs tərəfindən qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)-2758/2022 nömrəli icra sənədindən görünür ki, borclu "xxxx" MMC 6500 (altı min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri Xətai rayonu üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3-(060)-2758/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai rayonu üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3-(060)-2758/2022 nömrəli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. xx.xx.2023-cü il tarixdə qərar və bildiriş Şəxs tərəfindən qəbul edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-976/2024 nömrəli icra sənədindən görünür ki, borclu Şəxs 5270 (beş min iki yüz yetmiş) ABŞ dolları məbləğində cərimə olunmuşdur. Bakı şəhəri Xətai rayonu üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-976/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai rayonu üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-976/2024 nömrəli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir .Qərar və bildiriş Şəxs təqdim edilmişdir. Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8İ-2357 №-li icra qeydindən görünür ki, "xxxx" MMC-nin tələbkar "xxxx" MMC-yə ödənilməmiş 121 manat 30 qəpik (yüz iyirmi bir manat otuz qəpik) məbləğində borcu tutulmalıdır. Bakı şəhəri Xətai rayonu üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri 36 saylı Notariat Kontorunin 81-2357 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-7235/2022 nömrəli icra sənədi üzrə 21625,86 manat, Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2022-ci il tarixli 3(060)-2758/2022 nömrəli icra sənədi üzrə 6500 manat, Bakı Şəhər Xətai Rayon Məhkəməsi 3(011)- 976/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 8959 manat, Bakı Şəhər 36 Saylı Notariat Kontoru 8İ-2357 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 121,30 manat, ümumilikdə 37206,16 manat pul ödəməlidir. Şəxs borcunu ödəmədiyini və təqsirli olduğunu etiraf etmiş, borc məbləğinin hissə-hissə ödəyəcəyini bildirmiş, tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi isə borc məbləğinin tam şəkildə ödənilməsini tələb etmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş üzrə həmçinin, müəyyən edilmişdir ki, hazırki Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli protokolu Şəxs direktoru olduğu "xxxx" MMC-nin borcunun ödənilməməsinə görə vəzifəli şəxs olaraq məsuliyyətə cəlb edilməsi üçün tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 16-cı maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar