Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1273/2024 11.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Eldar İbrahimovun, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1960-cı ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 17/11 saylı binanın qarşısında Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi polis mayoru Eldar İbrahimov tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, yaşadığı binanın qarşısında əkdiyi üzüm tingləri ilə əlaqədar uzun müddətdir ki, Qzyetərlə aralarında uzun mübahisə vardır. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı binanın qarşısında olan zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya İdarəsinin əməkdaşlarının orada olduğunu görmüş, yaxınlaşaraq nə baş verdiyini soruşmuş, biraz söhbət etmişdir. Həmin vaxt qonşusu Zərərçəkmiş şəxs oraya gələrək onu söymüş və ona daş parçaları atmışdır. O, Süleymanovanın bu hərəkətlərindən əsəbiləşmiş, Qzyetərin ona atdığı daş parçasını ona tərəf atmışdır. Xatırladığı qədərilə atdığı daş Qzyetərin ya sinəsinə, ya da qoluna dəymişdir. Daşı birinci Qzyetərin ona atdığı üçün özünü təqsirli bilmir. Qzyetərin ona daş parçası atması barədə polisə şikayət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Şəxs qismən etirafedci ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətindən yayınmaq məqsədilə belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Fəxrəddin onun qonşusudur. xx.xx.2024-cü il tarixdə yaşadığı binanın qarşısında olan zaman binanın qarşısında Fəxrəddini və tanımadığı bir neçə şəxsi görmüş, həmin vaxt oraya yaxınlaşmış, bu zaman Fəxrəddin onun ünvanına nalayiq ifadələr işlədərək onu bir dəfə yumruqla vurmuş, yumruq onun başına dəymişdir. Arxaya çəkilmək istəyən zaman Fəxrəddin yenə onu yumruqla vurmuş, bu dəfə yumruq onun sol qoluna dəymişdir. Daha sonra hadisə yerindən uzaqlaşmış, arxaya çönüb baxmaq istəyən zaman Fəxrəddinin ona daş atdığını görmüş, həmin daş ona dəymiş, xəsarət almışdır. Şəxs şikayətçidir, barışmaq fikri yoxdur, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir İşdə olan 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Əhmədağa Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X3 Şəxsindən daxil olmuş 895 saylı, xx.xx.2024cü il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Hər iki bazunun və üst dodağın qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Məhkəmə inzibati xətaya dair materialları barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu hal iş materialları ilə tam təsdiq edilir. Bu səbəbdən Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi vurmadığını bildirsə də, məhkəmə bu halı şəxsin özünü müdafiə etməsi və məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə belə nəticəyə gələrkən tərəflərin birbirlərinə qarşı münasibətini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ziddiyyətli izahatını nəzərə almışdır. Belə ki, məhkəmə iclasında Şəxs Zərərçəkmiş şəxs daş atdığını, həmin daşın sonuncuya dəydiyini bildirmiş, özünü təqsirli bilməməsini isə ilk öncə Qzyetərin ona daş atması ilə əlaqələndirmişdir. Məhkəmə tərəfindən ona ünvanlanmış suala cavab olaraq X1 vurması barədə heç bir orqana şikayət etmədiyini bildirmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Əhmədağa Hüseynov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Şəxs şikayətçidir, barışmaq istəmir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 4-cü PB-nin polis sahə rəisi, polis mayoru Eldar İbrahimovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, yaşını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1273/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1273/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver