Məhkəmə qərarları › İş №3(060)-1276/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1276/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1276/2024 25.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində işıq cihazlarından istifadə qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş nəticədə narkotik vasitə istifadə etməsi faktı aşkar olunuşdur Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o hərbi qulluqçudur və hal-hazırda Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində manqa komandiri vəzifəsində çalışır, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. İXM-nin 112.4-cü maddəsinə əsasən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs hazırda Silahlı X1q edən hərbi qulluqçu olduğundan inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün İXM-nin 110.1-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatına daxil olan material ilə bağlı məhkəmə aidiyyatı vaxtında, dəqiq və aydın müəyyən edildiyi təqdirdə növbəti mərhələdə işə baxılarkən prosessual müddətlərə ciddi əməl edilməklə işin mahiyyəti üzrə həll edilməsi inzibati məsuliyyət üçün müəyyən olunan müddətlərin də pozulmamasını təmin etmiş olur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43.4, və 112.2.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi X3 Şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar