Məhkəmə qərarları › İş №3(060)-1276/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1276/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1276/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi X2, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən qəbul edilmiş EQ 28110014 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26425057 saylı, xx.xx.2025-ci il tarixli, EQ 25930949 saylı, xx.xx.2025-ci il tarixli, EQ 25459131 saylı, xx.xx.2025-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Sumqayıt şəhər DYPİ-si tərəfindən tərtib edilmiş EQ28110014 savlı xx.xx.2025-ci il tarixli, EQ26425057 saylı ,xx.xx.2025-ci il tarixli ,EQ25930949 saylı xx.xx.2025-ci il tarixli,EQ25459131 saylı xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarların ləğv edilməsi, ona hesablanan cərimə və dəbbə pullarının silinməsi, ona məxsus Naz-Lifan markalı 50CA494 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. - 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. - 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. X4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən EQ 25459131 saylı, xx.xx.2025-ci il tarixli, EQ25930949 saylı xx.xx.2025-ci il tarixli, EQ 26425057 saylı, xx.xx.2025-ci il tarixli və EQ 28110014 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Lakin qeyd olunan qərarlar iş materiallarına əlavə edilməmişdir. İş materiallarını araşdırarkən inzibati xəta haqqında materiala qərarından şikayət verilən şəxs tərəfindən kserosurət kimi inzibati xəta haqqında protokollara dair çıxarışlar əlavə olunsa da, həmin protokollara dair çıxarışların hansı mənbədən əldə edilməsi (götürülməsi) müəyyən olunmamışdır. Həmçinin məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, X4 tərəfindən inzibati tənbeh vermə haqqında dörd qərardan eyni vaxtda şikayət verilmişdir. Qeyd olunan hər bir qərarın ayrı-ayrılıqda məhkəmə nəzarəti qaydasında baxılmalı olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsinə əsasən qəbul edilmiş EQ 28110014 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26425057 saylı, xx.xx.2025-ci il tarixli, EQ 25930949 saylı, xx.xx.2025-ci il tarixli, EQ 25459131 saylı, xx.xx.2025-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarların ləğvinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar