Məhkəmə qərarları › İş №3(060)-1278/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1278/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1278/2021 15.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X1 barəsindəki əsassız protokola xitam verilməsi barədə ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X2 poçt vasitəsilə ərizə ilə 14.04.2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsindəki əsassız protokola xitam verilməsini xahiş etmişdir. Ərizəyə mübashisələndirilən inzibati xəta haqda qərar, protokol əlavə edilməmiş, inzibati xəta haqda mübashisələndirilən qərarın tarixi, nömrəsi, hansı orqan tərəfindən qəbul olunması qeyd olunmamışdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədi nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənəd geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsi inzibati xəta haqda protokolun deyil, inzibati xəta haqda qərarın mübahisələndirilməsini nəzərdə tutur. Mübahisələndirilən qərar isə şikayətə əlavə edilməlidir. Qeyd edilənlər hazırkı ərizənin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə ərizə və ona əlavə sənədin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 103, 128 və 129-cu maddəsinə əsasən, məhkəmə qərara aldı: X1 ərizəsi ona əlavə olunmuş sənədlə birlikdə onun özünə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar