Məhkəmə qərarları › İş №3(060)-1279/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1279/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1279/2023 15.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru, tağım komandiri, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Laçın rayonu, Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Laçın Rayonu, Ağbulaq Ərazi Dairəsi, Ağbulaq Kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, məhəllə 26, Xəzər bağları, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru, tağım komandiri, polis kapitanı X2 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında AP ******* №li protokol tərtib olunmuşdur ona görə ki, o, Koroğlu küçəsində nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtünməsi nəticəsində səslər çıxararaq və çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru, tağım komandiri, polis kapitanı X2 bildirdi ki, Nissan minik markalı, **-RP-*** dövlət qeydiyyt nişanlı nəqliyyat vasitəsi ilə sürücü Şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsində xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində qəflətən hərəkəti sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtünməsi nəticəsində səslər çıxararaq və çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq etmişdir və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, maşında yaranmış texniki problemə görə yanında olan qardaşının xahişi ilə maşın ustası olduğu üçün maşına baxmaq qərarına gəlmiş, məlum olmuşdur ki, maşının təkəri boşalıbmış. Belə ki, yaxınlıqdakı maşın ustasına yaxınlaşıb orada maşının təkərini açarla sıxaraq bərkitdikdən sonra ustaya ödənişini edib maşını çıxartmaq istəyərkən arxada polis maşınının dayandığını, ona yol vermədiyini gördükdən sonra siqnal vermiş, patrul maşını da kənara çəkildikdən sonra yoluna davam etmişdir. Valideynlərinin səhhəti ilə bağlı yaranmış problemə görə tələsdiyini, ziq-zaqvari hərəkət edə bildiyini, manevr qaydasını pozsa da, avtoxuliqanlıq etmədiyini, maşını könüllü olaraq cərimə meydançasında saxladığını bildirməklə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX, polis baş serjantı X4 izahatında göstərdi ki, patrul maşınında yaranmış texniki problemə görə maşını ustaya gətirmişlər, maşını komandir F.Ramazanzadə idarə etmiş, o isə maşının sağ tərəfindən düşüb usta ilə söhbət etmiş, bu zaman Nissan minik markalı, **- RP-*** dövlət qeydiyyt nişanlı nəqliyyat vasitəsi ilə sürücü Şəxs maşını çıxartmaq istəyəndə komandir F.Ramazanzadə ona yol vermişdir. Bu zaman Şəxs avtomobili ilə hərəkət edən zaman mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardaraq çox saylı təkər izləri buraxmışdır. Həmin izləri telefon vasitəsi ilə kameraya çəkmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş disklərdən görünür ki, Şəxs Nissan minik markalı, **- RP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə qəflətən hərəkəti sürətləndirməklə çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokolu tərtib edən Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru, tağım komandiri, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını, şahidin ifadəsini dinləyib, təqdim olunan video görüntüyə baxış keçirib və iş materialına əlavə olunmuş inzibati materiallara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq «ŞİMAL» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 21, 511.1.1 və 114.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla ona 750 (yeddi yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. 02 (iki) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cÜ maddəsi ilə təqsirləndirilən Şəxs «ŞİMAL» Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq «ŞİMAL» Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar