Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-128/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis idarəsi X20 Şöbəsinin YNHİ-u polis kapitanı X4 iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xətaya dair iş materiallarında olan 12 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-74/2020 saylı, 14.10.2020-ci il tarixli qərarından görünür ki, X11 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, 24 sentyabr 2019-cu il tarixdə saat 15:05 radələrində X1 idarə etdiyi “Ford Deal” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla yedəyə alınmış vəziyyətdə idarə etdiyi “Ford Transit D” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı-Quba avtomobil yolunun 28-ci kilometrliyində Sumqayıt şəhəri istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 55-ci maddəsinin 5-ci hissəsinin 7-ci və 9-cu bəndlərinin tələblərini pozaraq hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yedəyə aln “Ford Deal” markalı mikroavtobusun sürücüsünün apardığı manevrlərə uyğun mikroavtobusu hərəkət etdirməli, yedəyə alan “Ford Deal” markalı mikroavtobusun sola doğru istiqamətləndirməli, yedəyə aldığı kəndir siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnməli, yedəyə alma zamanı mikroavtobusda sərnişin daşımamalı olduğu halda bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək qarşıdan geriyə hərəkətdə olan X7 idarə etdiyi “Opel Vectra” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ttoqquşması nəticəsində həmin avtomobildə olan sərnişin X3 ehtiyatsızlıqdan sağ əng sümüyünün sınığı, sol almacıq sümüyünün gicgah çıxıntısının yerdəyişən sınığı, sağ orbitanın aşağı divarının sınığı, sağ qaş nahiyyəsinin yarası, sağ almacıq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, habelə idarə etdiyi “Ford Transit D” markalı mikroavtobusda olan sərnişinlərdən X8 hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ mil-bilək oynağı nahiyyəsinin qançır şişkinliyi və bağlarının gərilməsi kimi yüngül dərəcəli, X2 baş beyin silkələnməsi, alın nahiyyənin sağ göz qapaqları və gözaltı qançırı, sağ gözün ağlı qişasına qansızma, sağ bazu və sol bazunun qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlərin yetirilməsinə, eləcə də “Opel Vectra” minik markalı 90- NE-243 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9 1610 (bir min altı yüz on) manat, “Ford Transit D” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun müıkiyyətçisi X6 1710 (bir min yeddi yüz on) manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. 12 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə və Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs X11 məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər Polis idarəsi X20 Şöbəsinin YNHİ-u polis kapitanı X10 izahatında bildirdi ki, vətəndaş X11 barəsində 29.11.2020-ci il inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, X11 24.09.2020-ci il tarixdə təxminən saat 15:00 radələrində idarə etdiyi “Ford” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Bakı-Quba yolunun 28-ci km-də hərəkətdə olarkən “Opel Vectra” markalı **- NE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sürücü və sərnişinlər yüngül dərəcəli bədən xəsarəti almışdır. Odur ki, X11 barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-74/2020 saylı, 14.10.2020-ci il tarixli qərarından görünür ki, X11 Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. X5 inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən prokuror həmin Məcəllənin konkret göstərilən maddələrində nəzərdə tutulan inzibati xətalardan əlavə həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Məhkəmə tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar 14 oktyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, X11 barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarını araşdırarkən məlum oldu ki, X11 barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-2816/2020 saylı, 01.12.2020-ci il tarixli qərarı vardır. Həmin qərarla X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xətaya haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xətaya haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-128/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-128/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver