Məhkəmə qərarları › İş №3(060)-128/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-128/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-128/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 28 dekabr 2021-ci il tarixli, 00700-0259/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı ünvan 2 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 491.1 və 496.1-ci maddələrinə əsasən 28 dekabr 2021-ci il tarixli 00700-0259/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********1) ünvanına Türkiyə Respublikasından daxil olmuş və Sumqayıt Baş Gömrük idarəsində 09.10.2021-ci il tarixli **********7424 sorğu nömrəli GB-i ilə müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmiş “qiymətsiz metallardan, qövs elektrik qaynağı üoün istifadə olunan örtüklü elektrodlar” yükünün saxlancda qalma müddəti başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. Belə ki, raportun araşdırılması zamanı qeyd olunan yükün saxlancda qalma müddətinin 09.10.2021-ci il tarixədək bitdiyi müəyyən edilmişdir. Faktla əlaqədar Sumqayıt Baş Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində 01.12.2021-ci il tarixdə 00700-00259/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC09.10.2021- ci il tarixli **********7424 sorğu nömrəli gömrük bəyannaməsi ilə Türkiyə Respublikasında qediyyatda olan “MAGMAWELD Uluslararası Ticaret A.S. Türkiye/Sarıyer/Maslak” şirkətindən 01.08.2021-ci il tarixli müqavilə və 27,09.2021-ci il tarixli MW**********0730 saylı invoys əsasında idxal etdiyi ümumi gömrük dəyəri 41698,28 manat olan “qiymətsiz metallardan, qövs elektrik qaynağı üçün istifadə olunan örtüklü elektrodlar” yükünü 09.11.2021-ci il tarixədək müvəqqəti saxlanca xüsusi gömrük prosedurunda yerləşdirmiş, lakin saxlanc müddətinin basa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. Faktla əlaqədar Sumqayıt Bas Gömrük İdarəsində 09.10.2021- ci il tarixli **********7424 sorğu nömrəli Gömrük Bəyannamələri ilə müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmiş, anbara qoyularaq qapısına təminat atributu vurulmuş “qiymətsiz metallardan, qövs elektrik qaynağı üçün istifadə olunan örtüklü elektrodlar” yükünün saxlancda qalma müddəti başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilmədiyi və ya gömrük anbarında yerləşdirilmədiyi üçün həmin malların verində olub olmadığını yoxlamaq üçün 11 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, sənaye zonası, 76-cı məhəllə ərazisində yerləşən anbarda yoxlama aparıldı. Aparılan yoxlama zamanı müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmiş, anbara qoyularaq qapısına təminat atributu vurulmuş “qiymətsiz metallardan, qövs elektrik qaynağı üpün istifadə olunan örtüklü elektrodlar" yükünün verində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrinə əsasən tərtib edilmiş 28 dekabr 2021-ci il tarixli 00700-0259/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 13 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 26 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Gömrük Gömrük Əməliyyatları İdarəsinin rəis müavini Sərxanov Aslan Fəyaz oğlu Sumqayıt Baş Gömrük İdarəsinin rəisinə 24.11.2021-ci il tarixli raportla müraciət edərək göstərmişdir, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMCnin idxal etdiyi “örtüklü elektrodiar” yükü SBGİ-də 09.10.2021-ci il tarixdə **********7424 saylı GB ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq yükün rəsmiləşdirilməsi bugünədək həyata keçirilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq müvafiq araşdırma aparılmasına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin direktoru Vüqar Beyturayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, şirkətlərinin ünvanına Magmaweld Uluslarası Ticaret A.Ş. 28AA263/28ABB 207 nömrəli nəqliyyat vasitəsi MWİ**********730 nömrəli invoys və digər sevkiyat sənədləri ilə elektrod və laqonda daşları yükü daxil olmuşdur. Nəzərə çatdırılır ki, bu yük onlara aid deyil, çünki onlar fəaliyyətlərini dayandırmışlar. Türkiyə tərəfi sənədlərin hazırlanması prosesində yanlışlıqla onların şirkət və vöen qeyd etmişdir. Bu səbəbdən də onlar yükdən imtina edirlər və yükün "xxxx" MMC-nin qəbul edərək rəsmiləşdirilməsinə etiraz etmirlər. İş materiallarından görünür ki, "xxxx" MMC-nin direktoru Vüqar Beyturayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC (VÖEN: **********) şirkətinin ünvanına Magmaweld Uluslararası Ticaret A.Ş.-dən 28AAS263/28ABB207 nömrəli nəqliyyat vasitəsi/MWİ**********730 nömrəli invoys,və digər sevkiyat sənədləri ilə elektrod və laqonda daşları yükü daxil olmuşdur. Türkiyə tərəfi sənədləri tərtib edərkən yanlışlıqla "xxxx" MMC deyil, "xxxx" MMC adını qeyd etmişdir və beləliklə onların yükləri səhvən digər şirkətin adına gəlmişdir. Türkiyə tərəfi rəsmi şəkildə texniki səhv olaraq yükün yanlış ünvana yönləndirilməsi ilə əlaqədar olaraq məktub təqdim etmişdir. Yükün "xxxx" MMC adına keçirilərək rəsmiləşdirməsində köməklik göstərilməsini xahiş edilmişdir. İş materialında olan 01.12.2022-ci il tarixli Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC 09 oktyabr 2021-ci il tarixli, **********7424 sorğu nömrəli gömrük bəyannaməsi ilə “qiymətsiz metallardan, qövs elektrik qaynağı üçün istifadə olunan örtüklü elektrodlar” yükü müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və saxlancda qalma müddəti barədə öhdəlik götürülmüş malları saxlanc müddətinin 09.11.2021-ci il tarixdə başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli izahat verən “TR-72" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatından görünür ki, Şəxs MMC 01.08.2021-cil il tarixli müqavilə və 27.09.2021-ci il tarixli MW**********0730 nömrəli invoys əsasında Türkiyə Respublikasında qeydiyyatda olan“MAGMAWELD Uluslararası Ticaret A.S. Türkiye/Sarıyer/Maslak” şirkətindən ixrac etdiyi qiymətsiz metallardan, qövs elektrik qaynağı üçün istifadə olunan örtüklü elektrodlar” yükünü 09.10.2021-ci il tarixli, **********7424 sorğu nömrəli gömrük bəyannaməsi ilə 09.11.2021-ci il tarixədək müvəqqəti saxlanc gömrük prosedurunda yerləşdirdiklərini, lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq maliyyə problemləri olması səbəbindən mallara görə ödənilməli olan ödənişləri ödəyib saxlancdan çıxara bilmədiklərini bildirmişdir. Həmçinin X1 yerləşdirilmiş malların satıldığını bildirmişdir. İXM-nin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin 09.10.2021-ci il tarixli **********7424 sorğu nömrəli GB ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirərək 09.11.2021-ci il tarixədək geri qaytaracağı barədə öhdəlik götürdüyü “qiymətsiz metallardan, qövs elektrik qaynağı üçün istifadə olunan örtüklü elektrodlar” yükü saxlancda qalma müddətləri basa çatmasına baxmayaraq həmin malların başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və va gömrük anbarında yerləşdirməmişdir. Şəxs MMC müvəqqəti saxlanca yerləsdiridivi və saxlancda qalma müddətləri başa çatmış ümumi gömrük dəyəri 41.698,28 manat təşkil edən malları başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan etmədiyi və ya gömrük anbarında yerləşdirmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 496.1-ci maddəsi ilə, qeyd olunan mallar barəsində müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılaraq mallar üzərində sərəncam verdiyi üçün isə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 491.1-ci maddəsi ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İXM-nin 491.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 41.698,28 manat təşkil edir. Ona görə də, Şəxs MMC-yə həmin məbləğin otuz faizindən yüz faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 2 olan Şəxs (VÖEN **********1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 (əlli) faizi məbləğində (41.698,28 manat X 50 %), yəni 20.849,14 (iyirmi min səkkiz yüz qırx doqquz manat, 14 qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar