Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-128/2025 13.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində yaşadıqları evdə mübahisə zamanı bacısı qızı Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxsnın barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı X4 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə məlumat verərək, həmçinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək həmin tarixdə yaşadıqları evdə dayısı Şəxs ilə aralarında mübahisə yarandığını bildirərək sonuncunun onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. Bununla bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqat xidmətində müvafiq araşdırma aparılmış, müvafiq ekspertizalar keçirilmiş və hadisənin qərarı barədə toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısı qızıdır. Həmin gün bacısı ona zəng edərək Nərminənin onu döydüyünü demiş və onu köməyə çağırmış, o da digər bacısı ilə birlikdə onlara getmişdir. Oraya gedən zaman Nərminənin evdə olan əşyaları qırıb atdığını görmüşlər. Daha sonra polis əməkdaşları gəlmişdir. Nərminə anasını vurduğundan o, onların arasına girmiş və onları ayırmışdır. O, Nərminəni vurmamışdır, sadəcə onların arasına girərək Nərminəni itələmişdir ki, anasını vurmasın. Nərminəni birgə yaşadığı oğlan döymüş, lakin ona onun döydüyünü deyir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil şəxs barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan ən yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs ona dəfələrlə hədə-qorxu gəlir. Həmin gün anası onu evdən çıxarmaq üçün zəng edib Şəxs çağırmışdır. Ondan bir gün öncə də anası onu döymüşdür. Bəhruz gəldikdə ona evdən çıxmasını, yoxsa onu öldürəcəyini demiş, daha sonra onun boğazından tutaraq boğmağa başlamış, daha sonra saçından tutaraq üzünün yan tərəfindən yumruq vurmuş, bu zaman yıxılmış, Bəhruz da onun saçından tutub sürüyərək onu pəncərədən atacağını demiş, mətbəxə kimi onu sürümüş, anası və xalası Bəhruzu tutmuşdur ki, o qaçsın. O da qaçaraq ayaq yoluna girmiş, qapını bağlamış, DİN-nin 102 xidmətinə məlumat vermək istəyərkən telefonu sönmüşdür. Daha sonra eşitmişdir ki, anası məlumat vermişdir. Ondan bir gün öncə də anası onun sinəsinsən və ayağından vurmuşdur. Şikayətçidir. Məhkəmədən Şəxs həbs olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Zərərçəkmiş şəxs və Şəxsnın barələrində AR İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-yə həvalə edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1983 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “döş qəfəsinin ön səthinin, sol əlin sıyrıqları, sol baldırın qançırı“ xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən əllə-ayaqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1-2 gün əvvəl olmaqla 20xx.xx.2024-cü il tarixlərə uyğun gələ bilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin bədəni üzərindəki xəsarətlərin Şəxs tərəfindən yetirilməsi sübuta yetirilməmişdir. Belə ki, zərərçəkmiş şəxsin ifadəsində Şəxs tərəfindən onun qeyd etdiyi nahiyyələrə yetirilən xəsarətlərlə ekpsertiza rəyində qeyd olunan xəsarətlər tamamilə fərqlidir. Həmçinin ekspertiza rəyində qeyd olunan xəsarətlər zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi hadisədən bir gün öncə anası tərəfindən yetirilən xəsarətlərlə üst-üstə düşür. Ekspertiza rəyində də xəsarətlərin 20-xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi qeyd olunmuşdur. Bununla da məhkəmə-tibbi ekspertizasının rəyində qeyd olunan xəsarətlərin məhz Şəxs tərəfindən yetirilməsini təsdiq edəcək sübut mövcud deyildir. Eyni zamanda ekspertiza rəyi əsasında qeyd olunan xəsarətlərin barəsində inzibati protokol tərtib edilən şəxs tərəfindən yerinə yetirilməsini təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası İXM-nin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati işin araşdırılan hallarında görünür ki, Şəxsnın zərərçəkmiş şəxsi döyməsi faktı sübuta yetirilmir və ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-128/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-128/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver