Məhkəmə qərarları › İş №3(060)-1282/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1282/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1282/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati icraat aparılan X1 iştirakı ilə, DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27797502 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27797502 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-CL-*** dövlət qeydiyyat nişanlı, Nissan Sunny minik markalı avtomaşın mülkiyyət hüququ ilə atası X5 məxsusdur. Həmin avtomobilə görə atası ona xx.xx.2021-ci ildə 7 il 4 ay 15 gün müddətinə etibarnamə versə də, avtomobili faktiki olaraq atası idarə edir. İnzibati xəta törədilən gün də avtomobili atası idarə etmişdir. Atası xx.xx.2025-ci il, saat 08:41-də həmin istiqamətdə hərəkətdə olarkən İXM-nin 327.2-ci maddəsinin göstərişlərini pozmuş və inzibati qaydada cərimə olunma qərarı verilmişdir. Bu barədə xx.xx.2025-ci ildə Qərar tərtib edilmiş və elə həmin günü yəni, xx.xx.2025-ci ildə qərar qəbul edilərək 100 (bir yüz) manat cərimə edilmişdir. O, tərtib olunmuş xx.xx.2025-ci il tarixli qərarla razılaşmır. Beləki, avtomaşını atası idarə etsə də, barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli qərar inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməlidir. xx.xx.2025-ci il tarixli qərarın, həmin qərara əsasən hesablanmış 100 (bir yüz) manat cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirdi ki, o, qeyd olunan ünvanda inzibati xətanı törətməmiş, həmin vaxt sükan arxasında avtomobilin mülkiyyətçisi olan atası X7 olmuşdur. Həmin ərazidə yol nişanlanması normalara uyğun olmamışdır. O, daima sözügedən yolla hərəkət etmiş, lakin həmin ərazidə ötməni qadağan edən nişan olmamışdır. Qeyd olunanlara əsasən DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27797502 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hazırkı şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçinin vəsatəti əsasında iştirak edərək ifadə verən şahid X7 bildirmişdir ki, inzibati xəta hadisəsi qeydə alınan vaxt nəqliyyat vasitəsini o idarə etmiş, həmin ərazidə yol nişanlanması normalara uyğun olmamış, yol polisinin qeydə aldığı fotoşəkildə düz xətt olması görünsə də, nəqliyyat vasitəsi idarə olunarkən yolun nişanlanması görünməmişdir. Bundan başqa həmin ərazinin sonradan videogörüntüsünü də qeydə almışdır. İş materiallarında olan DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27797502 nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan 538855 nömrəli etibarnamədən məlum olur ki, X7 2021-ci ildə 7 il, 4 ay, 16 gün müddətinə ** CL *** d.q.n-lı avtomobilin idarə etmək səlahiyyətini X2 vermişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən məlum olur ki, ** CL *** d.q.n-lı nəqliyyat vasitəsi düz xəttin tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozur. İş materiallarına əlavə edilmiş videogörüntüdən məlum olur ki, həmin ərazinin videogörüntüsü sürücü tərəfindən qeydə alınır, lakin yol nişanlanması aydın şəkildə görünmür. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını, şahid ifadəsini və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27797502 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuş, lakin mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İXM-in 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının X4nin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Məlum olmuşdur ki, inzibati xəta hadisəsi qeydə alınarkən inzibati tənbeh nəqliyyat vasitəsini faktiki idarə edən X3 deyil, etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmiş X2 verilmişdir. Bundan başqa xüsusi texniki vasitə ilə qeydə alınan fotoşəkil və vətəndaş tərəfindən qeydə alınan videogörüntü arasında olan ziddiyyətli məqam da araşdırılmalıdır. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün DİN BDYPİ-yə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 124.3 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27797502 nömrəli inzibati tənbeh tətbiq etmə barədə elektron qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar