Məhkəmə qərarları › İş №3(060)-1285/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1285/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1285/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aşağıdakı əsaslara görə Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsinə geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə əsasən əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır . Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İşdəki sənədlərdən görünür ki, Şəxs qeydiyyatı Masallı rayonunun Kosokül kəndidir. İşdə olan inzibati xəta haqqında protokolda Şəxs hazırki protokola Sumqayıt şəhər məhkəməsində baxılmasına dair vəsatəti qeyd olunsa da, Şəxs həqiqətən Sumqayıt şəhərində yaşamasına dair materiala rəsmi arayış əlavə olunmamış, həmin vəsatət ayrıca Şəxs tərəfindən yazılmamış, inzibati xəta haqqında protokolda qeyd olunmuşdur. Bundan başqa materiala əlavə olunmuş Şəxs göndərilən bildirişin həqiqətən sonuncuya göndərilməsini təsdiq edən poçt qəbzi materiala əlavə olunmamış, həmin bildirişdə konkret ünvan yazılmayaraq Şəxs ünvanı kimi Sumqayıt şəhəri qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib edilməməsi araşdırılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar