Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1286/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhər Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 23.12.2020-ci il tarixli MN № ******* №li qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhər Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2020-ci il tarixli, MN № ******* №li qərarı və həmin qərara əsas hesablanmış cərimənin ləğv edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi 23.12.2020-ci il tarixində barəsində AR İXM-nin 211.2-ci maddəsinə əsasən MN № ******* saylı protokol tərtib edilmişdir. Həmin Protokol əsasında 23.12.2020-ci il tarixində MN № ******* saylı qərar qəbul edilmiş, AR İXM-nin 211.2-ci maddəsi ilə 100 (yüz) manat cərimə olunubdur. O, barəsində tərtib olunmuş MN № ******* saylı qərarla razı deyildir. Belə ki, 23 dekabr 2020-ci ildə o, tibbi maskadan istifadə etmişdir. Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektrou Şahin İsmayılov açiq havada insanların sıx toplaşmadığı yerdə (hətta ətrafında heç kim yox idi) qida qəbul etdiyi zaman ona düzgün məlumat vermədən tibbi maskadan qaydalara uyğun istifadə etmədiyini bəhanə gətirərək protokol və qərarı tərtib etmişdir və protokolda etiraz etməsi üçün yerin nəzərdə tutulmadığını bildirdi. Halbuki, dəfələrlə xəbərdarlıq etmişdir ki, açıq havada Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Elşən Zahidovun bildirişinə əsasən insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, qida və su qəbul etmək qadağan deyil. O, tibbi maskadan istifadə etmiş, həmin tarixdə qanuna zidd heç bir hərəkət etməmişdir. Buna görə də hesab edir ki, qərar ləğv edilməlidir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 15.04.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 26 aprel 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Bakı şəhər Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Bakı şəhər Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək barəsindəki MN № ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 23.12.2020-ci il tarixdə saat MN № ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 23.12.2020-ci il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X3 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X4 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Bakı şəhər Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinə X4 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən şöbə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Bakı şəhər Xətai rayon polis idarəsinin 37ci polis şöbəsi X3 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. X4 barəsində Bakı şəhər Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 23.12.2020-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1286/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1286/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver