Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1287/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı X.Quliyev tərəfindən tərtib olunmuş 06.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı X.Quliyev tərəfindən tərtib olunmuş 06.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 06 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri "xxxx” ASC-nin Qubadlı filialının qarşısında yerləşən bankomatdan pul çıxararkən, polis əməkdaşı Kamran Sahibov ona yaxınlaşmış, tibbi maska taxmamağını irad tutmuş və onu cərimələyəcəyini bildirmişdir. O, kəskin-bronxit astma xəstəsi olduğunu və bunun üçün bir neçə saniyəliyə tənəffüs etmək üçün tibbi maskanı aşağı saldığını, əks halda boğulacağını bildirsə də, ona cərimə tətbiq olunmuşdur. O, Sumqayıt şəhəri 3 saylı Polis Bölməsinə yaxınlaşmış, xəstə olduğunu, bu səbəbdən maskanı müvəqqəti olaraq açıq havada aşağı saldığını bildirmişdir. Lakin buna baxmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmağı ilə bağlı qərar verilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir, gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırmışdır. Belə ki, o, kəskin-bronxit astma xəstəsidir. Uzun müddət tənəffüs etmədən dayana bilmir. Bu formada qalmaq onun sağlamlığına ciddi zərər yetirə, boğulmağıyla nəticələnə bilər. Bundan başqa o, açıq havada olmuş və ətrafında ara məsafəsi saxlamaqla təkcə xalası oğlu olmuşdur. Barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qubadlı rayonu, Muğanlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanının (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə sənədləri araşdıraraq hesab edir ki, X1 qeydiyyat ünvanı Qubadlı rayonu, Muğanlı kəndində olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı X.Quliyev tərəfindən tərtib olunmuş 06.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Qubadlı rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 qeydiyyat ünvanı ünvan 2əsinin 129.1.3-cü maddəsinə əsasən X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı X.Quliyev tərəfindən tərtib olunmuş 06.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Qubadlı rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1287/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1287/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver