Məhkəmə qərarları › İş №3(060)-1287/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1287/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1287/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Nəcəfov Şəhriyar Bərxudar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 13604264 saylı qərarından Nəcəfov Şəhriyar Bərxudar oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Nəcəfov Şəhriyar Bərxudar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 13604264 saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 21 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Sülh küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində etibarnamə ilə idarə etdiyi Opel Astra markalı avtomobil ilə işıqforun tələbinə riayyət edərək yolayrıcını keçərkən yol hərəkəti qaydasının 69-cu maddəsində göstərilən 1.4 yol nişanlanma xəttini kəsib keçmiş və buna görə 327.1 yol nişanlarının tələblərinə riayət edilməməsi İXM maddəsi ilə EQ 13604264 saylı elektron protokol tərtib olunmuşdur. Protokolda onun “X3’" Azərbaycan Respublikasının Qanununu 69-cu maddəsində göstərilən 1.1 yol nişanlanma xətti tələbinə uyğun olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına xx.xx.2023 tarixində şəxsi kabineti vasitəsi ilə etiraz etsə də bu tarixə kimi heç bir cavab gəlməmişdir. O, "X3” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsində göstərilən 1.1 yol nişanlanma xətti deyil, 1.4 xəttini kəsib keçmişdir. Bu isə qanunla qadağa olunmur. Qeyd olunanlara əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 13604264 saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EQ 13604264 saylı inzibati tənbeh vermə haqqında qərarıdan görünür ki, Nəcəfov Şəhriyar Bərxudar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarında olan fotoşəkildən görünür ki, Nəcəfov Şəhriyar Bərxudar oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə “Opel Astra minik” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sülh-H. Əliyev küçələrinin kəsişməsində hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət edilməmiş və yol hərəkəti qaydaları pozulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X3” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir.” “X3” Qanunun 36-cı mddəsinin İ bədinin 2-ci hssəsinə əsasən “Yol hərəkətinin iştirakçıları: yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Həmin Qanunun 59-cu maddəsinin İV bəndinə əsasən “Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir.” “X3” Qanunun 69-cu maddəsinin V bəndinə əsasən yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10, 1.17 və 1.25 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir. Həmin qanunun Vİ maddəsinin İ bəndində əsasən 1.1 əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. İş materiallarında olan fotoşəkildən görünür ki, Nəcəfov Şəhriyar Bərxudar oğlu tərəfindən xx.xx.2022-ci il tarixdə “Opel Astra minik” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət edilməməsi və yol hərəkəti qaydalarının pozulması xüsusi texniki vasitənin köməyi aşkar edilmiş və şəxsin barəsində elektron qaydada inzibati xətanın törədilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 13604264 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Nəcəfov Şəhriyar Bərxudar oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Nəcəfov Şəhriyar Bərxudar oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 13604264 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Nəcəfov Şəhriyar Bərxudar oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Nəcəfov Şəhriyar Bərxudar oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ 13604264 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar