Məhkəmə qərarları › İş №3(060)-1288/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1288/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1288/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi – X3 iştirakı ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin inzibati xəta haqqında 08 aprel 2021-ci il tarixli, MN seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Sumqayıt regional X5 İdarəsi tərəfindən “xxxx” Mənzil Tikinti Kooperativi (VÖEN **********) – (bundan sonra mətndə “xxxx” MTK) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 08.04.2021-ci il tarixində Sumqayıt şəhəri, 18-ci mikrorayon, DTV-nin yanında yerləşən “xxxx” MTK-da keçirilən planlı yanğın texniki müayinə zamanı aşağıdakı nöqsanlar aşkar olunmuşdur: YTQ № 01-2001 bənd 8.1-8.8; 10.1-10.4 və YTQ № 02-2002 bənd 2.3.4-2.3.14; 3.1-3.10 “xxxx” MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, 15.04.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MTK-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, 08.04.2021-ci il tarixdə KY211565430 saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon, DTV-nin yanında yerləşən “xxxx” MTK-da keçirilən planlı yanğın texniki müayinə keçirilmişdir. Müayinə zamanı MTK-ya məxsus su hovuzunun göstərici nişanlarının olmadığı və daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, MTK-ya məxsus binalarda odsöndürücü balonların sayının normadan az olduğu və MTK-ya məxsus binanın elektrik təsərrüfatının EQQQ-na uyğun nizamlanmadığı aşkar olunmuşdur. Buna görə də “xxxx” MTK barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa həmçinin dəfələrlə “xxxx” MTK barəsində Fövqəladə Hallar Nazirliyinin X1 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə vətəndaşlar tərəfindən şikayətlər daxil olmuşdur. Həmin şikayətlər əsasında da “xxxx” MTK-ya məxsus yüksək mərtəbəli yaşayış binasında sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında plandan kənar yanğın-texniki müayinə keçirmişlər və müayinə zamanı aşkar edilmiş yanğına qarşı nöqsanlarla əlaqədar “xxxx” MTK barəsində qanunamüvafiq tədbir görülmüşdür. Odur ki, “xxxx” MTK barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Musayev Ramil Vəkil oğlu izahatında bildirdi ki, 08.04.2021-ci il tarixdə KY211565430 saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon, DTV-nin yanında yerləşən “xxxx” MTK-da keçirilən planlı yanğın texniki müayinə keçirilmişdir. Müayinə zamanı MTK-ya məxsus su hovuzunun göstərici nişanlarının olmadığı və daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, MTK-ya məxsus binalarda odsöndürücü balonların sayının normadan az olduğu və MTK-ya məxsus binanın elektrik təsərrüfatının EQQQ-na uyğun nizamlanmadığı aşkar olunmuşdur. Buna görə də “xxxx” MTK barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 08.04.2021-ci il tarixli, 0598 nömrəli Yanğın-texniki müayinə aktından və yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 08.04.2021-ci il tarixli, 098 saylı qərardan görünür ki, müayinə (YTM) zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakı kimidir: - MTK-ya məxsus su hovuzu göstərici nişanlarla təmin edilməmiş və daxili yanğın su kranlarının tam komplektləşdirilməmişdir. YTQ № 01-2001 bənd 8.1-8.8; - MTK-ya məxsus binalarda ilkin odsöndürən balonların sayı normadan az olmuşdur. YTQ № 01-2001 bənd 10.1-10.4 və YTQ № 02-2002 bənd 3.1-3.10; - MTK-ya məxsus binanın elektrik təsərrüfatı EQQQ-na uyğun nizamlanmamışdır. YTQ № 02-2002 bənd 2.3.4-2.3.14; Həmçinin inzibati işin materiallarına əlavə edilmiş 02 ədəd fotoşəkildən də görünür ki, “xxxx” MTK tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hüquqi şəxs “xxxx” MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “xxxx” MTK barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İnzibati işin materiallarına əlavə edilmiş 02 ədəd fotoşəkil iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt şəhəri, 18-ci mikrorayon, DTV-nin yanında yerləşən “xxxx” MTK (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri İcra İdarəsinə həvalə edilsin. İnzibati işin materiallarına əlavə edilmiş 02 ədəd fotoşəkil iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar