Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1289/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi, məhkəmə iclas Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi ünvanı ünvan 1suliyyətli Cəmiyyətinin (bundan sonra mətndə “xxxx” MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 430.4-cü maddəsi ilə 09 aprel 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “xxxx” ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, “xxxx” MMC (VÖEN **********) 18.123,70 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 18 mart 2019cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 18.123,70 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Qeyd olunan protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, həmin materiallar 15.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və inzibati xəta haqqında işə baxılması 29 aprel 2021-ci il tarixə təyin edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və protokol tərtib etmiş orqanın nümyəndəsi məhkəmə iclasına gəlmədiyindən işin baxılması 20 may 2021-ci il tarixə təxirə salmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “xxxx” MMC barəsində 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, “xxxx” MMC (VÖEN: **********) 18.123,70 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 18 mart 2019cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 18.123,70 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır və nəticədə həmin müəssisənin İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-410/2020 saylı, 02 mart 2020-ci il tarixli qərarından görünür ki, xxxx” MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən tərtib edilmiş 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən xitam verilmişdir. Maliyyə xidmətləri bazaranında tənzimləmə və nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.43-cü bəndinə görə həmin Məcəllənin 414–427, 428.8, 428.9, 429, 430.3, 430.4, 433.0.2, 435, 436, 438.1, 440, 463, 468, 470–476, 478 və 548-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası baxır. (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) baxır. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda işüzrə icraata xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs “xxxx” MMC 19 mart 2021-ci il tarixində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, lakin inzibati araşdırma aparan orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı İnzibati İcraat və Məhkəmə işləri şöbəsi tərəfindən eyni inzibati xətaya görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 410/2020 saylı, 02 mart 2020-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs “xxxx” MMC İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən xitam verilmişdir. Belə ki, hüquqi şəxs “xxxx” MMC törətdiyi eyni əmələ Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-410/2020 saylı, 02 mart 2020-ci il tarixli qərarı ilə inzibati xətaya dair iş üzrə icraata İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən xitam verilmişdir. Hüquqi şəxs “xxxx” MMC törətdiyi eyni inzibati xəta ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-410/2020 saylı, 02 mart 2020-ci il tarixli qərarı ilə İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən xitam verilmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda işüzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53-cü maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 53.1.7, 105.1, 114.2.1, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: “xxxx” MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən tərtib edilmiş 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1289/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1289/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver