Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1289/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhislli, "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 19 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq İXM-nin 535.1-ci maddəsinin tələblərini pozumuşdur. Belə ki, o, 16.04.2022-ci il tarixdə saat 14:50 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində DYPX-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq heç bir sənəd təqdim etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokol uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 16.04.2022-ci il tarixdə saat 14:50 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində hərəkətdə olarkən DYPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan sənədlərin təqdim edilməsini tələb etdikdə o da polis əməkdaşından xidməti vəsiqəsini göstərməsini bildirmiş və polis əməkdaşı ona aqressiv halda sənəd göstərərək onun avtomobilinin ön işıq cihazlarının olmamasını irad tutaraq onun avtomobilinin müvəqqəti daynacağa aparılacağını bildirmişdir. Daha sonra o, əsəbləşərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək əsassız yerə onun avtomobilinin müvəqqəti dayanacağa aparılmaı barədə məlumat vermişdir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, 16.04.2022-ci il tarixdə saat 14:50 radələrində 2019 çağrışlı YPX-nin avtopatrulunda polis baş serjantı Elməddin İsmayılovla birlikdə xidmətdə olarkən Sülh prospekti ilə Çerkassi küçəsinin kəsişməsində hərəkətdə olan “Hundai Elantra minik” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər iki qabaq xarici işıq cihazlarının üzərində olmadan manevr qaydasını da pozaraq, əl hərəkətləri ilə də dönmə siqnalı verməmişdir. Həmin nəqliyyat vasitəsini saxlayaraq xidmət yoldaşı Elməddin İsmayılov sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və sürcüdən sənədləri təqdim etdikdə heç bir sənəd təqdim etməyərək polisin qanuni tələbinə tabe olmamışdır. Avtomobilin hal-hazırkı vəziyyətdə hərəkət edilməsi qanunla qadağa olunduğu üçün sürücüdən avtomaşını müvəqqəti duracağa aparılmasını bildirdikdə o yenidən polisin qanuni tələbinə tabe olmamışdır. Qeyd olunan əraziyə PPXdən dəstək çağrıldı, əraziyə gələn PPX-nin əməkdaşları sürücünü aidiyyəti üzrə PB-nə apardılar və avtomobil də evakuator vasitəsi ilə müvəqqəti duracağa yerləşdirildi. Bu barədə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin inspektoru, polis başserjantı Elməddin İsmayılov raportla 5-ci PB-nə müraciət edərək sürücü Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1289/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1289/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver