Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1290/2021 15.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri 3-cü PB-nin sahə rəisi Kamran Sahibovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1959-cu ildə Masallı rayonu, Qasımlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 3-cü X1 Sücayət Abı oğlu barəsində Azərbaycan Respublkası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair 15.04.2021-ci il tarixli, MN 1117877-607 saylı protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs 15.04.2021-ci il tarixdə saat 10:30 radələrində Üzeyir Hacıbəyov küçəsi, “Viləş” mebel mağazası qarşısında polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri 3-cü PB-nin sahə rəisi Kamran Sahibov izahat verərək bildirdi ki, 15.04.2021-ci il tarixdə saat 10:30 radələrində Üzeyir Hacıbəyov küçəsi, “Viləş” mebel mağazası qarşısında mebelləri və torbalarda kömürləri insanların gediş-gəliş yoluna qoyduğuna və qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə polis əməkdaşları vət.Şəxs yaxınlaşmışdır. Həmin vətəndaşa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də o, öz hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları özlərini təqdim edib mağazanın qarşısındakı piştaxtaları yığışdırmasını və hüquq pozuntusu törətdiyinə görə polis bölməsinə getməsini bildirdikdə həmin şəxs səsini ucaldaraq bölməyə getməkdən imtina edib polis əməkdaşlarını hədələdiyi, polisin qanuni tələblərinə tabe olmadığı üçün polis maşınına əyləşdirilərək 3-cü PB-bə gətirilmişdir. Nəticədə barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, vət.Şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, Sumqayıt şəhəri 9-cu mikrorayon Şərq bazarının yanında yerləşən “Viləş” mebel mağazasında işləyir. Mağazanın qarşısında 4 stol qoymuşdur və polis əməkdaşları həmin stolların içəriyə daşınması barədə onu xəbərdar etmişdir. Bu zaman Fuad Hacıyev özü maşından düşüb səsini ucaldaraq ona mağazanın qarşısındakı stolları içəri yığmağı bildirmişdir. O da stolları içəriyə daşımışdır. O, Fuad Hacıyevə özünü təqdim etməsini söylədikdə Fuad Hacıyev səsini yenə ucaltmış, polis əməkdaşları onu maşına əyləşdirib bölməyə gətirmişlər. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsassızdır. Özü İİ qrup əlildir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş taqım komandiri, polis baş leytenantı X2 bildirdi ki, hələ bir gün əvvəldən, 14.04.2021-ci il tarixdə vətəndaş Şəxs xəbərdarlıq edilmiş, 15.04.2021-ci il tarixdə saat 10:30 radələrində Üzeyir Hacıbəyov küçəsi, “Viləş” mebel mağazası qarşısında mebelləri və torbalarda kömürləri insanların gediş-gəliş yoluna qoyduğuna və qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə rəis müavininin göstərişi ilə həmin yerə yaxınlaşmış, həmin vətəndaşa dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq yenə də o, hərəkətlərini davam etdirmişdir. Yaxınlaşıb özünü təqdim etmiş, mağazanın qarşısında olanların yığışdırılmasını və pozuntu törətdiyinə görə polis bölməsinə getməsini xahiş etdikdə həmin şəxs səsini ucaldaraq “niyə yığışdırmalıyam” söyləyərək stolları yığışdırmayacağını və polis bölməsinə getməyəcəyini bildirmişdir. Ona dəfələrlə polisin qanuni tələblərinə tabe olması bildirilsə də o yenidən aqressivlik göstərərək nalayiq küçə söyüşləri ilə hədə-qorxu gəlməyə başlamışdır. Buna görə də onu avtopatrula əyləşdirib polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi, inzibati xəta haqqqında protokol tərtib etmiş şəxsi, şahidi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Sonuncunun izahatında göstərdiyi hallar özünümüdafiə xarakteri daşımaqla iş materialları ilə təkzib edildiyindən o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1290/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1290/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver