Məhkəmə qərarları › İş №3(060)-1292/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1292/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1292/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Böyükxan qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1973-cü ildə İmişli rayonunda doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən 14 aprel 2021-ci il tarixdə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-687/2019 saylı, 04.11.2019-cu il tarixli icra sənədi üzrsüz səbəbdən icra olunmur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-687/2019 saylı, 04.11.2019-cu il tarixli icra sənədinə əsasən vərəsəlik şəhadətnamələrində nəzərdə tutulmuş qaydada X3 Sumqayıt şəhəri, Novxanı bağ massivindəki 4684 ünvanda yerləşən torpaq sahəsinin 1/2 hissəsinə və B-4684 saylı torpaq sahələrinin 1/2 hissəsinə uyğun olaraq adına verilmiş ********** qeydiyyat nömrəli 23.06.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa dair verilmiş torpaq sahəsinin plan və ölçü sənədində müvafiq dəyişikliyin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində 4684 ünvanda yerləşən torpaq sahəsinin 1/2 hissəsinə və B-4684 saylı torpaq sahələrinin 1/2 hissəsinə uyğun olaraq Zərərçəkmiş şəxs adına çıxarışların və plan-cizgi ölçülərinin veriməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin icra sənədi 12 noyabr 2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, 14 noyabr 2019-cu il tarixdə icra sənədi icra olunması üçün DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmiş, icra sənədinin icrası vəziyyəti ilə bağlı məlumat verilməsi üçün 28 yanvar 2020-ci il, 19 mart 2020-ci il, 06 iyul 2020-ci il tarixlərində həmin dövlət qurumuna müraciətlər edilmişdir. DƏDRX-nin 14 fevral 2020-ci il və 04 avqust 2020-ci il tarixli məktubları ilə Sumqayıt şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli 2(060)-40/2016 saylı qətnaməsinin düzgün icra edilməməsinə, Zərərçəkmiş şəxs aid torpaq sahəsinin bir hissəsi (0,06 ha) üzərində A.Xudiyevanın mülkiyyət hüququ qeydiyyata alındığına və həmin torpaq sahəsi notariat qaydasında alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirildiyinə görə hazırki icra sənədinin icrasının mümkün olmaması barədə bildirilmişdir. Lakin, 24 sentyabr 2020-ci il tarixdə DƏDRX-nə və DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə icra sənədinin icrasının təmin edilməsi üçün təkrarən müraciət edilmiş, lakin həmin qurumlar tərəfindən 12 oktyabr 2020-ci il, 19 oktyabr 2020-ci il və 30 oktyabr 2020-ci il tarixli məktublarla yuxarıda qeyd olunan əsaslara görə icra sənədinin icrasının mümkünsüzlüyü barədə məlumat verilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun istinad etdiyi 15 yanvar 2016- cı il tarixli 2(060)-40 saylı icra sənədi üzrə görülmüş icra tədbirləri təhlil edilmiş və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivindəki 4684 nömrəli və B-4684 nömrəli bağ sahələrinin hər birində 0,06 ha olmaqla bağ sahəsinə girişdən başlayaraq 0,2 ha torpaq sahəsinin naturada ayrılaraq X3 verilməsinə, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs alınaraq dövlət büdcəsinə keçirilməsinə dair icra sənədi 26 mart 2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş, torpaq sahəsinin naturada ayrılması məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən mütəxəssis dəvət edilmiş və 22 iyun 2016-cı il tarixdə torpaq sahəsinin məhkəmə qərarında göstərilən qaydada bölgüsü aparılaraq tələbkar A.Xudiyevaya təhvil verilmiş və 27 yanvar 2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Böyükxan qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-687/2019 saylı, 04.11.2019-cu il tarixli icra sənədinə əsasən vərəsəlik şəhadətnamələrində nəzərdə tutulmuş qaydada X3 Sumqayıt şəhəri, Novxanı bağ massivində 4684 ünvanda yerləşən torpaq sahəsinin 1/2 hissəsinə və B-4684 saylı torpaq sahələrinin 1/2 hissəsinə uyğun olaraq adına verilmiş ********** qeydiyyat nömrəli 23.06.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa dair verilmiş torpaq sahəsinin plan və ölçü sənədində müvafiq dəyişikliyin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində 4684 ünvanda yerləşən torpaq sahəsinin 1/2 hissəsinə və B-4684 saylı torpaq sahələrinin 1/2 hissəsinə uyğun olaraq Zərərçəkmiş şəxs adına çıxarışların və plan-cizgi ölçülərinin veriməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Dəfələrlə müraciət etmələrinə baxmayaraq məhkəmə qərarı icra olunmur. DƏDRX-nin 14 fevral 2020-ci il və 04 avqust 2020-ci il tarixli məktubları ilə Sumqayıt şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli 2(060)-40/2016 saylı qətnaməsinin düzgün icra edilməməsinə istinad olunur. Zərərçəkmiş şəxs aid torpaq sahəsinin bir hissəsi (0,06 ha) üzərində A.Xudiyevanın mülkiyyət hüququ qeydiyyata alındığına və həmin torpaq sahəsi notariat qaydasında alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirildiyinə görə hazırki icra sənədinin icrasının mümkün olmaması barədə bildirilir. Hesab edir ki, bu məsələdə onların günahı yoxdur. Məhkəmə qətnaməsi düzgün icra edilməli idi. İcra sənədi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi qeyd olunanların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Böyükxan qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə eyni məzmunlu ifadə verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Şəxs ünvanlanmış məhkəmə bildirişinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icra sənədi üzrə borclu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinin rəisi Şəxss barəsində tərtib edilmiş inzibati protokol məlumat üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmişdir. Bildiririk ki, Zərərçəkmiş şəxs Böyükxan qızı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4684 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4684 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə 30 iyul 2017-ci il tarixli 2V-7və 2V-8 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında adına çıxarış və plan ölçünün verilməsi ilə bağlı 15 fevral 2018-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs Böyükxan qızının həmin müraciəti İdarə tərəfindən araşdırılmışdır və 28 fevral 2018ci il tarixli **********14 saylı cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, İdarəyə daxil olmuş müraciəti və 08 iyun 2014-cü il tarixli 2V/09 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında torpaq sahələri üzərində digər vərəsə X2 mülkiyyət hüququ qeydiyyata alınmışdır və müvafiq olaraq 23 iyun 2014-cü il tarixli ********** qeydiyyat nömrəli və 23 iyun 2014-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar (pay hissəsində 1/2 hissə qeyd olunmaqla) və torpaq sahəsinin planı və ölçüləri verilmişdir. Sonrakı mərhələdə X6 ona məxsus torpaq sahələrinin naturada ayrılması və ayrılan torpaq sahələrinin birləşdirilərək vahid şəkildə 0.12 ha torpaq sahəsinə dair çıxarış və plan ölçü verilməsi ilə bağlı müraciət etmişdir. Müraciətə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi, torpaq sahələrinin mütənasib şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu barədə ekspert rəyi və rəyə tədqiq olunan torpaq sahələrinin koordinat nöqtələri qeyd olunmuş bölgü planı, torpaq sahələrinin naturada ayrılaraq, 0.12 hissəsinin iddiaçı X3 verilməsi barədə qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2016- cı il tarixli 2(060)-40/2016 nömrəli qətnaməsinin surəti, Sumqayıt Şəhər Məhkəməsinin icra sənədinə əsasən Sumqayıt şəhəri üzrə İcra idarəisinin böyük icra məmuru O.Məmmədov və icra məmuru Z.Abdullayev tərəfindən, həmçinin idarənin mütəxəssisi Şahin Muxtarov və tələbkar X6 tərəfindən təsdiq olunmuş torpaq sahələrinin naturada bölünərək iddiaçıya təhvil verilməsi barədə 22 iyun 2016-cı il tarixli akt və dövlət reyestrindən çıxarışların əsilləri əlavə olunmuşdur. Müraciətə əlavə olunmuş sənədlər əsasında X3 məxsus olan kimi qeyd edilmiş iki ədəd, hər biri 0.06 ha olmaqla, torpaq sahələri birləşdirilərək vahid şəkildə 0.12 ha torpaq sahəsinə dair 08 fyul 2016-cı il tarixli **********6 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Zərərçəkmiş şəxs torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı 01 avqust 2017-ci il tarixdə İdarəyə daxil olmuş ********** və ********** qeydiyyat nömrəli müraciətlərinin icra prosesində inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən bağ torpaq sahəsinə baxış keçirilərkən, onun tərəfindən göstərilmiş torpaq sahələrinin ərazidə aparılmış bölgüyə uyğun olmadığından və qonşu torpaq sahəsinin mülkiyyətçisi ilə mübahisə halı olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizələrin icrasından imtina edilmiş və ona bu barədə 11 avqust 2017-ci il tarixli **********68 nömrəli bildiriş göndərilmişdir. Daha sonra iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Novxanı bağ massivi 4684 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin 14 hissəsinə və Sumqayıt şəhəri Novxanı bağ massivi B-4684 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin 14 hissəsinə iddiaçının adına çıxarışların və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməsi barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2- 1(085)-687/2019 saylı qərarı 28 avqust 2019-cu il tarixdə icra edilməsi üçün İdarəyə daxil olmuşdur. Bununla əlaqədar olaraq sözügedən torpaq sahəsinin X6 tərəfindən özgəninkiləşdirildiyindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019- cu il tarixli 2-1(085)-687/2019 saylı qərarının icrasını təmin etməyin mümkün olmadığı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə bildirilmiş və bu barədə həmin məhkəməyə 04 oktyabr 2019-cu il tarixli **********92 qeydiyyat nömrəli cavab göndərilmişdir. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli 2(060)- 40/2016 nömrəli qətnaməsinin düzgün icra edilməməsi nəticəsində Zərərçəkmiş şəxs aid olan torpaq sahəsinin bir hissəsi (0,06 ha) üzərində X2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bundan sonra X6 onun adına yuxarıda göstərilən səbəbdən əsassız qeydiyyata alınmış 0,06 ha torpaq sahəsini notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Buna görə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2-1(085)-687/2019 saylı qərarının icrası mümkün olmamışdır. Həmçinin, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 28 yanvar 2020-ci il tarixli 1006/38 nömrəli eyni məzmunlu müraciəti ilə bağlı sözügedən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2-1(085)-687/2019 saylı qərarının icrasının mümkün olmadığı bildirilmiş və bu barədə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə 14 fevral 2020-ci il tarixli **********26 qeydiyyat nömrəli cavab göndərilmişdir. Məhkəmə qətnaməsinin düzgün icra edilməməsi nəticəsində X3 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında 0,12 ha bağ torpaq sahəsi sonuncu tərəfindən 15.07.2016-cı il tarixli 4Ə-862 nömrəli alqı-satqı müaviləsi ilə özgəninkiləşdirilmiş və həmin torpaq sahəsi üzərində X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat tarixi 21.07.2016-cı il, qeydiyyat nömrəsi **********). Bu səbəbdən də təkrar özgəninkiləşdirilmənin qarşısının alınması məqsədi ilə mübahisəli torpaq sahəsinin üzərinə idarə tərəfindən nəzarət qoyulmuşdur. Şəxs 01.07.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi vəzifəsindən azad edilərək, başqa ərazi idarəsinə rəis vəzifəsinə təyin edilmişdir. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və vəkilinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1292/2021 nömrəli, 27.05.2021-ci il tarixli qərarına əsasən Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 14 aprel 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-440/2021 nömrəli, 12.07.2021-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 1292/2021 nömrəli, 27.05.2021-ci il tarixli qərarı ləğv edilmiş, Şəxs barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında protokolun yazılmasına əsas olmuş icra sənədinin icra olunmaması üzrsüz səbəbdən deyil, məhkəmə qətnaməsinin düzgün icra olunmamasının nəticəsidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli 2(060)- 40/2016 nömrəli qətnaməsinin düzgün icra edilməməsi nəticəsində Zərərçəkmiş şəxs aid olan torpaq sahəsinin bir hissəsi (0,06 ha) üzərində X2 mülkiyyət hüququ qeydiyyata alınmışdır və X6 onun adına əsassız qeydiyyata alınmış 0,06 ha torpaq sahəsini notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirdiyindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2-1(085)-687/2019 saylı qərarının icrası mümkün olmamışdır. Həmçinin, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 28 yanvar 2020-ci il tarixli 1006/38 nömrəli eyni məzmunlu müraciəti ilə bağlı sözügedən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2-1(085)-687/2019 saylı qərarının icrasının mümkün olmadığı bildirilmiş və bu barədə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə 14 fevral 2020-ci il tarixli **********26 qeydiyyat nömrəli cavab göndərilmişdir. Məhkəmə qətnaməsinin düzgün icra edilməməsi nəticəsində X3 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında 0,12 ha bağ torpaq sahəsi sonuncu tərəfindən 15.07.2016-cı il tarixli 4Ə-862 nömrəli alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş və həmin torpaq sahəsi üzərində X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda təkrar özgəninkiləşdirilmənin qarşısının alınması məqsədi ilə mübahisəli torpaq sahəsinin üzərinə idarə tərəfindən nəzarət qoyulmuşdur. Şəxs 01.07.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi vəzifəsindən azad edilərək, başqa ərazi idarəsinə rəis vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi məhkəmə qərarının icra olunmamasının səbəbi düzgün icra olunmayan məhkəmə qətnaməsidir, qeyd edilən hal hüquqi prosedur çərçivəsində aradan qalxmadan sözü gedən torpaq sahəsinin Zərərçəkmiş şəxs adına qeydiyyata almaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə yuxarıda sadalananlara əsaslanaraq qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 14 aprel 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar