Məhkəmə qərarları › İş №3(060)-1292/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1292/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1292/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Cahid İsgəndərlinin, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Orxan Muradovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkil, xx.xx.1991-ci il tarixdə Qubadlı rayonu, Xanlıq kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi , SMP- ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, ******* inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən protokollar daxil olmuşdur. Ona görə ki, o Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Əliyev parkında yerləşən kafedən ümumilikdə 72 (yetmiş iki) manat dəyərində 6 ədəd “XAN” markalı spirtli içkini oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa o 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 16.04.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən **-BB-*** dövlət qeydiyyat nişanlı “QAZEL” markalı aavtomobildən pul qabından 363 (üç yüz altmış üç) manat nağd pul oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa o 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 16.04.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X1 evinin hamam otağından 1 ədəd su qızdırıcısını oğurlayaraq ona 70 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa o, 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 12.05.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi,H.Əliyev parkında yerləşən kafedən ümumilkdə 60 (altmış) manat dəyərində 5 (beş) ədəd “XAN” markalı spirtli içki oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1292/2022 saylı, 3(060)-1293/2022 saylı, 3(060)- 1294/2022 saylı, 3(060)-1295/2022 №li iş bir icraatda 3(060)-1992/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak ettməmişdir. Məhkəmə onlariştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xətta haqqında 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Əliyev parkında yerləşən kafedən 72 (yetmiş iki) manat dəyərində 6 ədəd “XAN” markalı spirtli içkini oğurlamışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 16.04.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən **-BB-*** dövlət qeydiyyat nişanlı “QAZEL” markalı aavtomobildən pul qabından 363 (üç yüz altmış üç) manat nağd pul oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 16.04.2022-ci il tarixdə Şəxs ünvan 4 ünvanında yaşayan X1 evinin hamam otağından 1 ədəd su qızdırıcısını oöurlayaraq ona 70 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 12.05.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi,H.Əliyev parkında yerləşən kafedən 60 (altmış) manat dəyərində 5 (beş) ədəd “XAN” markalı spirtli içki oğurlamışdır . Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Cahid İsgəndərli tərtib etdiyi Şəxs 12.05.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi,H.Əliyev parkında yerləşən kafedən 60 (altmış) manat dəyərində 5 (beş) ədəd “XAN” markalı spirtli içki oğurlamışdır . Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa Şəxs 16.04.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən **-BB-*** dövlət qeydiyyat nişanlı “QAZEL” markalı aavtomobildən pul qabından 363 (üç yüz altmış üç) manat nağd pul oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Əliyev parkında yerləşən kafedən 72 (yetmiş iki) manat dəyərində 6 ədəd “XAN” markalı spirtli içkini oğurlamışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Orxan Musayev tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs 16.04.2022-ci il tarixdə Şəxs ünvan 4 ünvanında yaşayan X1 evinin hamam otağından 1 ədəd su qızdırıcısını oöurlayaraq ona 70 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs oğlu məhkəmə iclasında özünü bütün epizodlar üzrə təqsirli bilərək göstərdi ki, həqiqətən də 12.05.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi,H.Əliyev parkında yerləşən kafedən 60 (altmış) manat dəyərində 5 (beş) ədəd “XAN” markalı spirtli içki oğurlamışdır . Bundan başqa o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Əliyev parkında yerləşən kafedən 72 (yetmiş iki) manat dəyərində 6 ədəd “XAN” markalı spirtli içkini oğurlamışdır. Bundan başqa o 16.04.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən **-BB-*** dövlət qeydiyyat nişanlı “QAZEL” markalı aavtomobildən pul qabından 363 (üç yüz altmış üç) manat nağd pul oğurlamışdır. Bundan başqa o ünvan 4 ünvanında yaşayan X1 evinin hamam otağından 1 ədəd su qızdırıcısını oöurlayaraq ona 70 manat maddi ziyan vurmuşdur. Onun tərətindən zərərçəkmiş şəxslərə dəymiş zərər ödənilməmişdir, vaxt verilsə ödənişi edə bilər. Lakin hal-hazırda ziyanı ödəmək imkanı yoxdur, Hazırda törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs oğlu barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin n, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinlərəyək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin qeyd olunan hadisəni törətmiş naməlum şəxsin şəxsiyyətinin müəyyən edilərək barəsində barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qayada tədbir görülməsi üçün Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 04 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin qeyd olunan hadisəni törətmiş naməlum şəxs(lər)in şəxsiyyətinin müəyyən edilərək barəs(lər)ində barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qayada tədbir görülməsi üçün Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 04 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin qeyd olunan hadisəni törətmiş naməlum şəxs(lər)in şəxsiyyətinin müəyyən edilərək barəs(lər)ində barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qayada tədbir görülməsi üçün Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 16 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin qeyd olunan hadisəni törətmiş naməlum şəxs(lər)in şəxsiyyətinin müəyyən edilərək barəs(lər)ində barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qayada tədbir görülməsi üçün Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “inzibati qaydada tutma” haqqında 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 18 may 2022-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu, yəni18 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 18 may 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar