Məhkəmə qərarları › İş №3(060)-1293/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1293/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1293/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10, icra sənədi üzrə tələbkar “xxxx” ATSC-nin sədri X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin rəisi Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1973-cü ildə İmişli rayonunda doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X14 tərəfindən 14 aprel 2021-ci il tarixdə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-736/2017 saylı, 01.10.2018-ci il tarixli icra qərarı əsasında verilmiş 11.06.2020-ci il tarixli icra sənədi üzürsüz səbəbdən icra edilmir. İnzibati xəta haqqında işə baxılması 29 aprel 2021-ci il tarixə təyin olunmuşdur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlmədiyindən işin baxılması 20 may 2021-ci il tarixə təxirə salınmışdır. 20 may 2021-ci il tarixli məhkəmə iclasında tərəflərin nümayəndələri dinlənilmiş və məhkəmə çıxışları ilə bağlı işin baxılması 27 may 2021-ci il tarixə təxirə salınmışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X14 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-736/2017 saylı, 01.10.2018-ci il tarixli icra sənədinə əsasən “xxxx” ATSC-nin borclu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi texniki pasportlara əsasən iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və göstərilən əmlak kompleksinin mülkiyyət sənədlərinin daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1 (085)-730/2017 saylı oktyabr 2018-ci il tarixli qərarı əsasında verilmiş 11 iyun 2020-ci il tarixli icra sənədi 16 iyun 2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. 29 iyul 2020-ci il tarixdə icra sənədi icra olunması üçün DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. DƏDRX-nin 14 avqust 2020-ci il və 22 sentyabr 2020-ci il tarixli məktubları ilə ünvan 2 ünvanında yerləşən əmlak kompleksləri üzərində “xxxx” ATSC- nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, lakin hazırlanmış dövlət reyestrindən çıxarışın və texniki pasportların ATSC-nn nümayəndəsi tərəfindən götürülmədiyi, belə sənədlərin verilməsi üçün dövlət rüsumunun və xidmət haqqının ödənilməsi barədə sənəd təqdim ediləndən sonra sənədlərin surətinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin tələbkar «xxxx» ATSCnin İdarə Heyətinin sədri Dadaş Nəzərov 18 sentyabr 2020-ci il tarixdə ərizə ilə müraciət edərək, icra sənədində göstərilən tələbdən başqa hər hansı tələb irəli sürmədiyini bildirmiş, həmçinin ona təqdim edilən hesab fakturasında dövlət rüsumunun və xidmət haqqının texniki pasportlardakı məlumatlar nəzərə alınmadan yalnız 0,50551 ha torpaq sahəsinə görə tətib olunmuş hesab fakturanın surətini təqdim etmişdir. Məhkəmə qərarında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə məhz Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi texniki pasportlara əsasən xxxx” ATSC-nin mülkiyyətində olan Sumqayıt şəhəri Sülh küçəsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və göstərilən əmlak kompleksinin mülkiyyət sənədlərinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi qoyulduğundan, hesab faktura tərtib olunarkən həmin texniki pasportlarda olan göstəricilər nəzərə alınaraq hesablanma aparılması üçün 12 oktyabr 2020-ci il tarixdə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət edilmişdir. DƏDRX-nin 22 oktyabr 2020-ci il tarixli və həmin xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 oktyabr 2020-ci il tarixli məktubları ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli 2-1 (105)-562/2018 saylı qərarının icra edilərək həmin ünvanda yerləşən əmlak kompleksi üzərində «xxxx» ATSCnin hüquqlarının qeydiyyata alınaraq onun adına 08 may 2019-cu il tarixli dövlət reyestrindən çıxarışlar hazırlanması, lakin həmin ATSC-nin rəhbərliyi tərəfindən müəssisəyə aid olmayan torpaq sahəsi üzərində də hüquqlarının qeydiyyata alınması tələb edilərək çıxarışları götürməkdən imtina edilməsi barədə məlumat verilmişdir. İcra sənədi üzrə tələbkar “xxxx” ATSC-nin sədri X7 izahatında göstərdi ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-736/2017 saylı, 01.10.2018-ci il tarixli icra sənədinə əsasən “xxxx” ATSC-nin borclu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi texniki pasportlara əsasən iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və göstərilən əmlak kompleksinin mülkiyyət sənədlərinin daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bununla bağlı icra vərəqi verilmişdir. Lakin cavabdeh qurum məhkəmə qərarını üzürsüz səbəbdən icra etmir. Belə ki, əmlak kompleksinin yerləşdiyi torpağa mülkiyyət sənədi verilmir. İcra sənədi üzrə tələbkar qeyd olunanların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili X5 təmsil etdiyi şəxsin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığını bildirərək izahatında göstərdi ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(085)-736/2017 saylı, 01.10.2018-ci il tarixli icra sənədinə əsasən “xxxx” ATSC-nin borclu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi texniki pasportlara əsasən iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və göstərilən əmlak kompleksinin mülkiyyət sənədlərinin daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunan məhkəmə qərarı əsasında verilmiş icra sənədi icra olunaraq reyestrdən müvafiq çıxarış və texniki pasport hazırlanmışdır. Lakin tələbkar müvafiq dövlət rüsumunu, xidmət haqqını ödəyib həmin sənədləri götürmür. Faktiki olaraq məhkəmə qərarı əsasında verilmiş icra sənədi icra olunubdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin rəisi Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili X5 qeyd olunanlarla bağlı təmsil etdiyi şəxsin rəsmi məktubunu məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin rəisi Şəxs imzaladığı 19 may 2021-ci il tarixli **********58 məktubunda qeyd olunur ki, “xxxx” ATSC ünvan 3 ünvanında yerləşən əmlak kompleksi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 21 oktyabr 2016-cı il tarixdə ********** nömrəli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə əlavə edilmiş qiymətli kağız sahiblərinin reyestrinə əsasən 30.4093 faiz nisbətində qiymətli kağız (səhm) sahibinin Əmlak Məsələləri Dövlət Komitəsi olduğundan və təqdim edilmiş Nizamnamənin 2.2-ci yarımbəndində cəmiyyətin təsisçisinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi göstərildiyindən xüsusi mülkiyyət formasının müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1 -ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə ərizəçiyə 19 noyabr 2016-cı il tarixli **********49 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Daha sonra iddiaçı “xxxx” ATSC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi texniki pasportlara əsasən iddiaçının mülkiyyətində olan, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2017-ci il tarixli 2-1(85)-730/2017 saylı qərarı ilə (hakim- Z.Pirverdiyev) iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 12 fevral 2018-ci il tarixli 2-1(105)-14/2018 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim-Z.Məmmədov) iddiaçı “xxxx” ATSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2017-ci il tarixli 2-1(85)- 730/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2018-ci il tarixli 2-1(102)-1159/2018 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim-İ.Dadaşov) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2018-ci il tarixli 2-1 (105)-14/2018 saylı qərarından iddiaçı ‘xxxx” ATSC və onun vəkili X11 tərəfindən verilmiş kasssasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2018-ci il tarixli 2-1 (105)-14/2018 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2-1(105)-562/2018 saylı qərardadı ilə (sədrlik edən və məruzəçi hakim S.Bəktaşi) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatətinin təmin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli 2-1(105)-562/2018 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim- S.Bəktaşi) iddiaçı “xxxx” ATSC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2017-ci il tarixli 2-1(85)-730/2018 saylı qərarınin ləğv edilməsi, iddiaçı “xxxx" ATSC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və göstərilən əmlak kompleksinin mülkiyyət sənədlərinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 fevral 2019-cu il tarixli 2-1(102)-360/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim-X.Məmmədov) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli 2-1(105)-562/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli 2-1(105)-562/2018 saylı qərarı ilə əmlak kompleksi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Hər iki əmlak kompleksi üzrə qərarda Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 02 oktyabr 1998-ci il tarixli texniki pasportlara istinad edilmişdir. Həmin texniki pasporta əsasən əmlak kompleksinin birində ümumi sahə 5561,7 kv.m olmaqla 2,0849 ha dövlət torpağı müəssisənin istifadəsindədir. İkincisində isə ümumi sahə 1795,1 kv.m olmaqla 12.3843 ha dövlət torpağı müəssisənin istifadəsindədir. Belə ki, həmin üst-üstə düşən hissədə "xxxx" ASC-nin posa tullantı ərazisi yerləşir. Araşdırmalar zamanı iddiaçı "xxxx" ASC-nin cavabdeh AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və "xxxx" ATSC-yə qarşı idda ərizəsi əsasında AR 1 saylı Yerli İqtisadi Məhkəməsi tərəfindən 02 iyun 2006-cı il tarixli 1744/5-322 saylı qətnamə qəbul olunmuşdur. Qətnamə ilə AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə 13.0 ha posa tullantıları yığılan sahənin "xxxx" ASC-nin texniki pasportuna qeydiyyata alınmasının təmin olunması həvalə olunmuş və həmin 13.0 ha posa tullantıları yığılan sahədən "xxxx" ATSC tərəfindən posa tullantılarının satılmasının dayandırılması qət edilmişdir. AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" ASC-nə 27 dekabr 2007-ci il tarixli 003795 saylı texniki pasport verilmiş, texniki pasportda 43.4 ha torpaq sahəsi "xxxx" ASC-nin istifadəsində göstərilmiş, "xxxx" ASC-nin tikililəri ştrixlənərək tikintialtı torpaq sahələri ümumi ərazidən çıxılmışdır. Yaranmış ziddiyətli məqamlara aydınlıq gətirilməsi məqsədi ilə "xxxx" ASC-nin əməkdaşı İdarəyə dəvət edilmiş, əmlaka birlikdə yerində təkrar baxış keçirilmiş, eyni zamanda "xxxx" ASC-nin rəhbərliyi ilə görüş keçirilmişdir. Görüş zamanı "xxxx" ASC-nin rəhbərliyi "xxxx" ATSC- nin müraciətinin 12.3843 ha torpaq sahəsinin istifadəsində göstərilməklə icrasına şifahi etiraz etmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli 2-1(105)-562/2018 saylı qərarı icra edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən əmlak kompleksi üzərində “xxxx” ASC-nin hüquqları qeydiyyata alınaraq onun adına 08 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli və 08 may 2019cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar hazırlanmışdır. Lakin “xxxx” ASC-nin sədri X7 əsassız olaraq sözügedən müəssisəyə aid olmayan torpaq sahəsi üzərində də “xxxx” ASC-nin hüquqlarının qeydiyyata alınmasını tələb edərək, 08 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli və 08 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları götürməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 yuxarıda göstərilən məktuba uyğun izahat verərək qeyd etdi ki, müvafik əmlak kompleksi tələbkarın adına qeydiyyata alınmışdır. Həmçinin texniki pasportlarla bağlı xidmət haqqı ödəniləcəyi təqdirdə həmin sənədlərin iddiaçıya verilməsi təmin ediləcəkdir. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və vəkilinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında protokolun yazılmasına əsas olmuş icra sənədi icra olunmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş çıxarışların surətlərindən görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən əmlak kompleksi üzərində “xxxx” ASC-nin hüquqları qeydiyyata alınaraq onun adına 08 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli və 08 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar hazırlanmışdır. İcra sənədinin verilməsinə əsas olmuş yuxarıda göstərilən müvafiq məhkəmə qərarında da torpaq sahəsinin deyil, məhz əmlak kompleksinin qeydiyyata alınması qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, əgər hazırki iş üzrə tələbkar müvafik əmlak kompleksinin yerləşdiyi torpağın da onun mülkiyyəti kimi qeydiyyata alınmasını hesab edirdisə keçən uzun müddət ərzində (hərçənd işdəki məhkəmə qərarlarından görünür ki, ümumiyyətlə əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ kimi qeydiyyata alınması ilə bağlı iddia olmamışdır) bu barədə məhkəmə qərarına izah verilməsi ilə bağlı qərarı qəbul etmiş məhkəməyə ərizə verə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 14 aprel 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar