Məhkəmə qərarları › İş №3(060)-1295/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1295/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1295/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Cahid İsgəndərlinin, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Orxan Muradovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkil, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, ******* inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən protokollar daxil olmuşdur. İnzibati xətta haqqında 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Əliyev parkında yerləşən kafedən 72 (yetmiş iki) manat dəyərində 6 ədəd “XAN” markalı spirtli içkini oğurlamışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 16.04.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən **-BB-*** dövlət qeydiyyat nişanlı “QAZEL” markalı avtomobildən pul qabından 363 (üç yüz altmış üç) manat nağd pul oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 16.04.2022-ci il tarixdə Şəxs ünvan 1 ünvanında yaşayan X1 evinin hamam otağından 1 ədəd su qızdırıcısını oöurlayaraq ona 70 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa 19 may 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 12.05.2022-ci il tarixdə Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi,H.Əliyev parkında yerləşən kafedən 60 (altmış) manat dəyərində 5 (beş) ədəd “XAN” markalı spirtli içki oğurlamışdır . Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1292/2022 saylı, 3(060)-1293/2022 saylı, 3(060)-1294/2022 saylı, 3(060)-1295/2022 işlər bir icraatda, yəni 3(060)-1292/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, 19 may 2022-ci il tarixli MN seriyalı ******* saylı, inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1292/2022 saylı, 3(060)-1293/2022 saylı, 3(060)-1294/2022 saylı, 3(060)-1295/2022 işlər bir icraatda, yəni 3(060)-1292/2022 nömrə ilə birləşdirilsin. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar