Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-13/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ƏMDX-nin Bakı Ərazi Şöbəsinin 16.06.2020-ci ıl tarixli, MN № ******* saylı qərarının ləğv edilərək, əməlində hər hansı inzibati xəta tərkibi olmadığından barəsindəki iş üzrə icraata xitam verilməsi haqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, ƏMDX-nin Bakı Ərazi Şöbəsinin 16.06.2020-ci ıl tarixli, ******* saylı qərarı ilə İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi ilə bağlı barəsində qərar qəbul edilmişdir. Həmin maddəyə görə torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-fıziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Ümumiyyətlə, barəsində aparılmış həmin inzibati xəta haqqında işdən məlumatı olmamışdır. Belə ki, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona verilmiş 23.10.2012-ci il tarixli, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, X7 ərazisində yerləşən 0,05 ha torpaq sahəsi 99 il müddətinə onun icarəsinə verilmişdir. Həmin torpaq sahəsi ümumiyyətlə, Abşeron Rayon İcra Hakimiyyətinə məxsusdur. ƏMDX isə buna dair hər hansı hüququ olmadan onun icarəsində olan torpaq sahəsinin münbit qatını korladığını iddia etmişdir. Barəsində tərtib edilmiş qərarda onun inzibatim xəta törətməsi onda ifadə olunmuşdur ki, o, icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apararaq torpaq sahəsinin münbit qatını korlamışdır. Həmin xətaya görə ona tətbiq edilən İXM-nin 244.2-ci maddəsi isə meşə fondu torpaqlarının münbit qatının korlanması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 11.11.2020ci il tarixdə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-13/2021 saylı 04.02.2021-ci il tarixli qərardadı ilə X4 tərəfindən verilmiş Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı 16 iyun 2020-ci il tarixli qərarından şikayət verilməsi üçün ötürülmüş prossesual müddətin bərpasına dair vəsatəti rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-13/2021 saylı, 04.02.2021-ci il tarixli qərarından şikayət vermiş şəxs X4 tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-203/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 04.02.2021ci il tarixli 3(060)-13/2021 saylı qərardadı ləğv edilmiş və X4 tərəfindən verilmiş Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı 16 iyun 2020-ci il tarixli qərarından ötürülmüş prossesual müddətin bərpasına dair vəsatəti təmin edilərək şikayət verilmə müddətinin ötürülməsi üzürlü hesab edilməklə bərpa edilmişdir. İnzibati xəta haqqında işə baxılması 04 may 2021-ci il tarixə təyin edilmiş, lakin məhkəmə iclasına qərarından şikayət verilmiş orqanın nümayəndəsi gəlmədiyindən işin baxılması 24 may 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş oqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə qərarından şikayət verilmiş oqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək barəsində tərtib olunmuş 16.06.2020-ci ıl tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 16.06.2020-ci ıl tarixli, MN № ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarla o İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 1.000,00 (bir min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 806 №-li, 13 may 2011-ci il tarixli Sərəncamından görünür ki, 29.04.2011-ci il tarixli 675 saylı sərancamı ilə X9 Fondunda saxlanılmış torpaqlardan X8 sovxozunun ərazisində icarəyə verilmiş 2,5 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin hüquqi Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterinin RX seryalı, 0072245№-li çıxarışından görünür ki, hüquqi yüklü edilən şəxs X3 Abşeron Rayonu İcra Hakimiyyəti tərəfindən Abşeron rayonu X7nun ərazisində yerləşən 0.05 ha torpaq sahəsi 15.07.2005ci il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydalarının 3-cü bəndinə görə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.11-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 230, 234, 236 - 242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275.1 – 275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Həmin Fərmanının 5.18-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 244 (meşə fonduna aid olan torpaqlar istisna olmaqla), 245 – 248, 250, 251.2 və 557-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi baxır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İXM-nin 244.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X4 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 806 №-li, 13 may 2011-ci il tarixli Sərəncamından görünür ki, 29.04.2011-ci il tarixli 675 saylı sərancam ilə X9 Fondunda saxlanılmış torpalarda X8 sovxozunun ərazisində icarəyə verilmiş 2,5 ha torpaq sahəsindən razılaşdırılmış eskiz əsasında tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan başqa “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.11-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsində (meşə fondu torpaqlarına aid hissəsində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Həmin Fərmanın 5.18-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 244 (meşə fonduna aid olan torpaqlar istisna olmaqla), 245 – 248, 250, 251.2 və 557-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi baxır. Meşə fonduna aid olan torpaqlara baxılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aid deyildir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN № ******* saylı, 16 iyun 2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-13/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-13/2021
24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver